Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Dünyanı təhdid edən yeni böhran: Risk siyahısında Azərbaycan var?

Dünyanı təhdid edən yeni böhran: Risk siyahısında Azərbaycan var?

Növbəti qlobal iqtisadi böhran gözlənilir. 

ABŞ-lı məşhur investor Cim Rocers, növbəti qlobal iqtisadi böhranın həyatında gördüklərinin ən ağırı olacağını bildirib: 

“2008-də böyük bir problem yaşadıq. Çünki hər yerdə çox borc vardı.Amma o zamandan bəri borclar hər sahədə daha da artıb.Yalnız ABŞ Mərkəzi Bankı son 10 ildə çap etdiyi pulun miqdarını 500% artırıb.Buna görə, növbəti çöküş ən pis böhran olacaq”.

Onun sözlərinə görə, qlobal iqtisadi böhrandan bütün böyük ölkələr çətinlik çəkəcək. Amerika, Çin və Yaponiya da bu sıradadır: 

“Amerika çətinlik çəkəcək, Çin çətinlik çəkəcək.On illərdir borcu olmayan Çinin də artıq borcu var. Qərb ilə əlaqələri olan və yüksək məbləğdə borclu çinlilər çətinlik yaşayacaqlar.Çinli şirkətlər daha da müflisləşəcəklər.Başları böyük bəlada olan, büdcələrindən çox xərcləyən Almaniya şəhərləri var. Yaponiyanın çox böyük daxili borcları var; böyük borclar və azalan bir əhali.Yəni, böyük sürprizlər görəcəyik”.İnvestor bildirib ki, qlobal böhran ictimai hadisələr, bankların bağlanması və bəzi məhsulların qıtlaşması ilə müşahidə olunacaq. Mərkəzi bankları da tənqid edən Cim Rocers, əvvəllər İsveçrə Mərkəzi Bankının arxasında möhkəm bir zehniyyət və qızıl olduğunu, bu anda isə İsveçrə frankının arxasında ABŞ-ın texnologiya şirkətlərinin səhmləri olduğunu vurğulayıb: “İnsanlar, İsveçrə frankına gerçəkdə nə olduğunu anladıqlarında, İsveçrə Mərkəzi Bankının çox dostu qalacağını sanmıram. Yaponiya Mərkəzi Bankı isə inanılmaz miqdarda pul çap edib.Rəsmi olaraq da söylədilər; “sərhədsiz miqdarda”.Bu, onların sözüdür.”Sərhədsiz miqdarda pul çap edəcəyik” dedilər”.

Böhrana qarşı tədbir olaraq qızıla və gümüşə sərmayə qoyduğunu bildirən məşhur sərmayəçi ciddi bir problem olduğunda, əvvəlcə qızıl və gümüş bazarının çökəcəyini söyləyib.Ümumiyyətlə, belə bir böhran gözlənilirmi?Növbəti iqtisadi böhran baş verərsə, o, həqiqətən bu qədər ciddi xarakter daşıya bilər? Qlobal iqtisadi böhran baş verərsə və bu böyük ölkələri əhatə edərsə, bunun kiçik ölkələrə, o cümlədən də Azərbaycana təsiri necə ola bilər? 

İqtisadçı Pərviz Heydərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dünya iqtisadiyyatının üzərini “qara buludlar”ın alması haqqında fikirlər mütəmadi olaraq səslənir: 

“Proqnozlar irəli sürülür. İnvestor Cim Rocersin, növbəti qlobal iqtisadi böhran haqda qeyd etdikləri də bunlardan biridir.Əslində isə bunu müəyyən etmək çətindir.Çünki dünya iqtisadiyyatı elə bir xüsusiyyətlərə malikdir ki, qlobal böhran və çöküş haqda konkret və dəqiq proqnoz vermək mümkün və düzgün deyil.Bununla belə, sözsüz ki, müəyyən tendensiya və templərə əsasən, ehtimallar söyləmək olar. Məsələn, ümumən cari il və bundan sonrakı il ərzində iqtisadi artımda və s.-də yavaşıma müşahidə ediləcəyi aydın görünür. Bir sıra beynəlxalq qurumlar, o cümlədən, təhlil və reytinq mərkəzləri tərəfindən də mövcud vəziyyətin pisləşəcəyi haqda irəli sürülən fikirlər bununla əlaqədardır.Məsələn, Dünya Bankının builki qlobal proqnozlarına əsasən, 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi artım tempi əvvəlki illərdəkindən ləng olacaq.Xüsusən, aparıcı ölkələrdə göstəricilərin aşağı düşəcəyi bildirilib.Belə ki, iqtisadi artım tempinin zəifləyəcəyi başlıca olaraq zəngin ölkələrdə, xüsusilə ABŞ-da müşahidə olunacaq.Sözügedən tendensiya daha sonra isə Avrozona ilə Yaponiyaya da yol tapacaq.Belə bir məşhur misal var ki, Amerikada “asqırırlarsa və boğaz ağrısı” başlayıbsa, demək, Avropa artıq çoxdan zökəm olub”.

İqtisadçı bildirir ki, ümumiyyətlə növbəti böhran barədə proqnozlar onunla əsaslandırılır ki, Tramp administrasiyası düzgün vergi və ticarət siyasəti yürütmür, Amerika mərkəzi bankı uçot dərəcəsini artırmaqda davam edir, aparıcı ölkələr arasında rəqabət amilləri getdikcə güclənir və ədalətsiz şəkil alır, siyasi ambisiyalar iqtisadi amilləri üstələyir: 

“Bəli, dünya iqtisadiyyatında hər 5-10 ildən bir böhranlar yaşanır. Və bu böhranlar müxtəlif formalarda özünü biruzə verir.Belə ki, dünya iqtisadiyyatının aparıcı ölkələri arasında gedən rəqabət, anlaşılmazlıq və ticarət savaşları nəticəsində böhranlar yaranır.Sonuncu böyük böhran 2008-ci ildə yaşandı və qısa müddət ərzində dünyanın maliyyə sisteminin çökməsi ilə nəticələndi.Daha sonra 2014-cü ilin yayında dünya iqtisadiyyatı müəyyən problemlərlə üzləşməyə başladı.Həmin böhran da dünya bazarlarında neftin qiymətinin birdən-birə enməsi ilə əlaqədar yaşandı.Bu böhran dövlət büdcəsinin gəlirlərinin enerji resurslarından asılı olan ölkələrin, o cümlədən də Azərbaycanın iqtisadiyyatını vurdu.Həmin ərəfədə milli valyutamız iki dəfə devalvasiyaya uğradı”.

P.Heydərovun sözlərinə görə, dünya iqtisadiyyatındakı hazırkı meyillər Azərbaycan kimi ölkələr üçün yaxında məhz neftin qiymətindən ehtiyat etməyi tövsiyə edir: 

“Dünya iqtisadiyyatında artım meyillərinin yavaşıyacağı, ABŞ-da hökumətin daxildə yürütdüyü siyasətin təsirlərindən bu ölkənin fond bazarlarında mənfi dinamikanın müşahidə olunacağı, həmçinin məlum ticarət mübahisələri və münaqişələri nəticəsində bir sıra transmilli, o cümlədən tanınmış şirkətlərin istehsal və maliyyə vəziyyətlərinin pisləşəcəyi fonunda, bizim üçün ən böyük silkələyəcəyi qüvvə məhz bu ola bilər”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …