Bazar ertəsi , May 27 2024
Ana səhifə / İqtisadiyyat / Dünyada şəkər və düyü ucuzlaşıb

Dünyada şəkər və düyü ucuzlaşıb

FAO-nun Şəkər Qiyməti İndeksi fevral ayından etibarən 5,4 faiz azalıb.

“APA-Economics”in xəbərinə görə, bu azalmaya səbəb istehsalın Hindistanda 2023-2024-cü illər üçün şəkər istehsalı proqnozundan daha yüksək olması və Taylandda məhsul yığımının sürətinin artması ilə əlaqədar olub. Bundan başqa, FAO-nun Düyü Qiymətləri İndeksi də 1,7 faiz azalıb.

Şəkər və düyü ilə müqayisədə dünyada digər məhsulların qiymətində artım müşahidə olunub. Belə ki, martda FAO-nun Bitki Yağı Qiymətləri İndeksi daha əvvəlki ayla müqayisədə 8 faiz artaraq ilin ən yüksək səviyyəsinə çatıb.

FAO-nun məlumatına görə, beynəlxalq miqyasda palma yağının qiymətləri aparıcı istehsalçı ölkələrdə mövsümi olaraq aşağı hasilat və Cənub-Şərqi Asiyada yüksək daxili tələblə əlaqədar artıb.

Braziliya və ABŞ-da bioyanacaq sektorunda isə soya yağına güclü tələbat yaranıb.

FAO-nun Süd Məhsullarının Qiymətləri İndeksi ardıcıl olaraq altıncı aydır ki, artıb. Belə ki, martda FAO-nun Süd Məhsullarının Qiymətləri İndeksi fevral ayına nisbətən 2,9 faiz artıb. Buna səbəb dünyada pendir və yağ qiymətlərinin artması olub.

FAO-nun Ət Qiyməti İndeksi artıb

Martda quş əti, donuz və iribuynuzlu ətlərin beynəlxalq qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz artıb.
Bunun əksinə, FAO Taxıl Qiyməti İndeksi 2,6 faiz azalaraq 2022-ci ilin mart ayından orta hesabla 20 faiz aşağı olub. Qlobal buğda ixracında qiymətlərin aşağı düşməsinə səbəb olaraq ixracla bağlı güclü rəqabətin olması göstərilib.

Bundan başqa, FAO-nun məlumatında qeyd olunur ki, ötən ay qarğıdalının ixrac qiyməti Ukraynadakı logistik çətinliklərlə əlaqədar qismən yüksəlib.

Həmçinin oxuyun

Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il …