Cümə , Dekabr 4 2020
Ana səhifə / İqtisadiyyat / Dünyada işsizlik artdığı halda Azərbaycanda işsizlik azalıb? (EKSPERT)

Dünyada işsizlik artdığı halda Azərbaycanda işsizlik azalıb? (EKSPERT)

“DSK-nın məlumatına görə, dünyada işsizlik artdığı halda Azərbaycanda işsizlik azalıb”.
Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, karantin rejiminin yumşaldılması may ayında tənəzzülün qarşısını ala bilməsə də, onun tempini aşağı salıb:

“Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb ki, Azərbaycanda ÜDM 2020-ci ilin yanvar-may ayları 2019-cu ilin yanvar-may aylarına nisbətən 1,7 faiz, o cümlədən qeyri neft-qaz ÜDM-i 2,1 faiz, əhalinin hər nəfərinə düşən ÜDM isə 2,5 faiz azalıb. Həmin dövrdə iqtisadiyyatın sektorları arasında sənayedə (0,4 faiz), kənd təsərrüfatında (3,6 faiz), informasiya və rabitə xidmətlərində (4,5 faiz) artım qeydə alınsa da, əsas kapitala yönəldilmiş vəsaitlər (2,8 faiz) pərakəndə ticarət dövriyyəsi (1,7 faiz), nəqliyyat sektorunda yük daşınması (10,3 faiz) və sərnişin daşınması (24 faiz) azalıb. 2020-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və ya 5,9 faiz artaraq 1676,1 min nəfər olub. Belə çıxır ki, bütün dünyada işsizlik artdığı halda Azərbaycanda azalır. Bu dəyişikliyi muzdlu işçilərin əməyinin müəyyən hissəsinin ödənilməsi ilə bağlı dövlət dəstəyin proqramının icrası dövrünə özəl bölmədə gizli-məşğulluğun leqallaşdırılması ilə izah etmək mümkündür”. 
Ekspert hesab edir ki, bunu yeni iş yerlərinin açılması kimi təqdim etmək düzgün deyil: 
“Əslində gizli iş yerlərinin ağarmasıdır”. Qaynarinfo

Həmçinin oxuyun

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır –Açıqlama

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq. Bu barədə “Türkiyə Dövlət Dəmir …