Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dünyada elektromobil satışları 63% artıb

Dünyada elektromobil satışları 63% artıb

Dünyada elektrikli avtomobillərin satışı 2017-ci ilin III rübündə ötən illə müqayisədə 63% artaraq 287 min ədəd təşkil edib.

“Report” “Bloomberg New Energy Finance”a (BNEF) istinadən xəbər verir ki, elektrikli və hibrid avtomobillərin sayı cari ilin II rübü ilə müqayisədə isə 23% artım göstərib.

BNEF ekspertlərinə görə, satışların yarıdan çoxu Çinin payına düşüb. Belə ki, Çində elektrikli avtomobil satışlarına dövlət subsidiya proqramı həyata keçirilir. Bu subsidiyalar adı çəkilən avtomobillərin satış qiymətində 40%-ə qədər endirimə gətirib çıxarır.

Ekspertlər 2017-ci ildə bu növ avtomobillərin satış həcminin 1 mln. ədədi ötəcəyini proqnozlaşdırır.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …