Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Dünyada ən zəngin üçüncü şəxs bəlli oldu – 73 milyardlıq sərvət

Dünyada ən zəngin üçüncü şəxs bəlli oldu – 73 milyardlıq sərvət

Moderator.az xəbər verir ki, “Forbes” jurnalında dünyanın ən zəngin üçüncü adamı olaraq “Amazon”un sahibi Cef Bezos göstərilib.
Forbesin proqnozlarına görə Cef Bezosu keçənlərdən biri, siyahıda birinci yerdə olan 78 milyard dollarlıq sərvətə malik Microsoftun qurucusu Bill Qeyts və 73.1 milyard dollarla ikinci sırada yer alan Zara şirkətinin banisi Amancio Ortegadır.
Siyahıda ən sürətli yüksəlişi qeyd edilən Amazonun müdiri Bezos şirkətin hissəllərinin 18 faizinə malik. Forbes jurnalına görə Bezosun sərvəti də təxminən 65.3 milyard dollar.
Amazon-un gəlirləri mütəxəssislərin proqnozlarınından da yüksək olub. Otən illə müqayisədə 31% artım göstərib, ikinci rübdə isə 30.4 milyard dollar olub.
İnternet məkanında satış edən şirkətin gəliri ötən il 92 milyon dollar idisə, bu il 857 milyon dollar oldu. Amazonun səhmləri fevral ayından bu yana da 50 faiz artıb. Amazon şirkəti iyun ayında Prima üzvlük sistemini Hindistana açaraq, ölkənin geniş istehlakçı bazarından istifadə etməyə başlayıb.

Onu da qeyd edək ki, Forbes jurnalının ən zənginlər siyahısına Türkiyədən 3 milyard dollarlıq sərvətiylə Murat Ülkər, 2.5 milyard dollarla Hüsnü Özyeğin, 2.4 milyard dollarla Fərit Şahenk və 2.2 milyard dollarla Rahmi Koç da yer alır.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın