Çərşənbə , Mart 22 2023
Ana səhifə / İqtisadiyyat / Dünyada ərzaq məhsullarının qiyməti sürətlə ucuzlaşır – Rəqəmlər

Dünyada ərzaq məhsullarının qiyməti sürətlə ucuzlaşır – Rəqəmlər

Son zamanlar dünya bazarlarında ərzaq məhsullarının qiymətində ciddi ucuzlaşma müşahidə olunmaqdadır.
Yeniavaz.com “Trading Economics”ə istinadən bildirir ki, əsas ərzaq məhsullarının əksəriyyəti üzrə ucuzlaşma qeydə alınıb.
Aşağıdakı cədvəldə son bir ay ərzində ərzaq məhsullarının qiymətində qeydə alınan dəyişikliyi təqdim edirik:

 Noyabr 2022Fevral 2023
Günəbaxan yağı (1 ton)1 457 dollar1 076 dollar
Buğda (27 kq)9,78 dollar7,88 dollar
Yağ (1 ton)6 450 avro4  850 avro
Palma yağı (45 kq)17,6 dollar16,9 dollar
Süd (45 litr)21,8 dollar17,9 dollar
Çay (1 kq)3,1 dollar2,7 dollar

Onu da bildirək ki, adları qeyd olunan bu məhsullar Azərbaycana əsasən xaricdən idxal olunsa da, bu məhsulların qiymətində müşahidə olunan ucuzlaşmalar daxili bazarda hiss olunmur.

Həmçinin oxuyun

Azərbaycan nefti kəskin ucuzlaşaraq 75 dollara düşdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 …