Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Dünya ÜDM-inin azalmasına dair proqnoz yenilənib

Dünya ÜDM-inin azalmasına dair proqnoz yenilənib

“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci ildə dünya ÜDM-inin azalmasına dair proqnozunu iyun ayındakı 4,6 faizə qarşı 4,4 faiz olaraq açıqlayıb.

“Report” xəbər verir ki, sentyabr ayının “Global Economic Outlook” hesabatına görə, pandemiya şəraitində iqtisadi fəaliyyətlər gözləndiyindən daha tez bərpa olunur.

“Çin artıq ÜDM-sini böhrandan əvvəlki səviyyəyə qaytarıb. ABŞ, Böyük Britaniya və Fransada pərakəndə ticarət göstəriciləri fevral səviyyəsini üstələyir. Buna baxmayaraq, iqtisadiyyatın V şəkilli bərpa olunacağına əmin deyilik”, – deyə, “Fitch Ratings”in baş iqtisadçısı Brayan Kolton qeyd edib.

Ekspertin fikrincə, dünya iqtisadiyyatının dirçəlişi yaxın vaxtlarda yenidən yavaşlaya bilər: “Avropada işsizlik hələ özünü ciddi şəkildə göstərəcək, çünki şirkətlər sərmayə yatırımlarını azaldır, sosial məsafə qaydası üzündən fərdi istehlak hələ də məhdud səviyyədədir”.

Bununla yanaşı, “Fitch”in qənaətincə, ABŞ ÜDM-si iyun ehtimalına qarşı 5,6 faiz yox, 4,6 faiz azalacaq. Eyni zamanda avrozona ÜDM-si üçün azalma proqnozu 8 faizdən 9 faizədək, Çin istisna olmaqla, inkişaf edən ölkələr üçün 4,7 faizdən 5,7 faizədək artırılıb. Çində iqtisadi artım proqnozu hələ iyul ayının sonunda 1,2 faizdən 2,7 faizədək artırılmışdı.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …