Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Dünya siyasətçilərinin ən məşhur kəlamları, qalmaqal yaradan sitatları…

Dünya siyasətçilərinin ən məşhur kəlamları, qalmaqal yaradan sitatları…

Bu günlərdə Azərbaycan cəmiyyəti üçün əsas müzakirə mövzusu heç şübhəsiz ki, Gəncədən seçilən deputatın Məhəmməd Əmin Rəsulzadə barədə dediyi xoşagəlməz ifadələrdir. Hazırda ölkədə ona qarşı neqativ münasibət var, hətta onun deputatlığının ləğv edilməsi üçün imzatoplama kampaniyası da aparılır.
Musavat.com isə bu situasiyadan çıxış edərək, indiyə qədər dünya siyasətçilərinin verdiyi əcaib açıqlamaların, “quş buraxmaları”nın siyahısını hazırlayıb. Doğrudur, indi yazacaqlarımızın hər biri gülüş doğurur, siyasətçilərin etdikləri səhvlərin mexaniki, söz çaşqınlığı olduğunu sübut edir. Yəni, onlar bir millətin fəxri sayılan şəxsiyyətlərlə bağlı hər hansı təhqiramiz ifadələr işlətməyiblər. Amma bütün hallarda səhv… səhvdir. Onlardan ən yaddaqalanlarını nəzərdən keçirək.
Türkiyənin ən rəngli siyasətçilərindən olan keçmiş prezident Süleyman Dəmirəlin tarixə keçən maraqlı sitatları var:  “Ege bir yunan gölü deyil. Ege bir türk gölü də deyil. Uzun sözün qısası, Ege bir göl deyil”;
 “Millətə plan yox, plov lazımdır”.
Türkiyənin məşhur qadın siyasətçiləri arasında yer alan sabiq baş nazir Tansu Çillərin lətifəyə çevrilən bəzi sitatları da yaddaşlardan silinməyib:
“Mübarək qurban şəkər bayramınız mübarək”;
“Allahı sizə əmanət edirəm”;
“Qırat yerinə Bəyaz At, Ağ At, White Horse”…
BBC zamanında Corc Buşun unudulmaz səhvlərindən ibarət bir siyahı hazırlayıb. Biz də onların bəzilərini yada salaq.
“Nəyə inandığımı bilirəm. İnandıqlarımı və inandıqlarımı dilə gətirməyə davam edəcəm. İnanıram ki, inandıqlarım doğrudur”. Roma, 22 iyul, 2001;
“Amerika və Yaponiya, bir əsr yarım öncəsindən bu yana, müasir dövrün ən böyük və ən qalıcı ittifaqlarından birini qurub”. Tokio, 18 fevral, 2002;
“Məncə müharibə təhlükəli bir yerdir”. Vaşinqton DC, 7 may, 2003;
“Ölkəyə qeyri-qanuni yollarla girənlər qanuna hörmətsizlik edirlər”. Tucson, Arizona, 28 oktyabr, 2005;
“Çoxlu sayda yaxşı həkim peşəsini tərk edir. Ölkə miqyasında çox sayda ginekoloq qadınlara olan sevgilərini təcrübədən keçirə bilmirlər”. Missouri, 6 sentyabr 2004.
Türkiyə siyasətçiləri ilə davam edək:
Mərhum prezident Turqut Özalın sitatlarını yada salaq:
“Mənim məmurum işini bilir”;
“Bir qoyub üç alacağıq”;
Bülənt Ecevit:
“Erkən seçkilər olmasaydı, 2084-ə qədər iqtidarda qalacaqdıq” Adnan Menderes:
“Odunu belə qoysaydım, millət vəkili olardı” ;
Ərdal İnönü:
“Aman ölmə, bir səs gedər” (“Səni sevməyən ölsün” deyən vətəndaşa cavab);
İtaliyanın bu günə qədər ən rəngli siyasətçisi sayılan Silvio Berluskoninin əndirəbadi sözləri də tarixdə yer alıb:
 
“Barak Obama gənc, yaraşıqlı və bronzlaşmış biridir”;
“Mənə cücə deyirlər, amma Sarkozi və Putindən daha uzunam”;
“İtaliya investisiya qoymaq üçün möhtəşəm bir ölkədir. Bu gün artıq çox az kommunist qalıb. Amma investisiya üçün başqa bir səbəb də çox gözəl katibələrimizin olmasıdır…. Super qızlar”;
“Mən dəfələrlə dindar biriyəm…” (Playboy suçlamalarına qarşı çıxanda dediyi sözdür);
“Doğrudur, saçım azdır. Çünki o qədər böyük bir beynim var ki, saçların itib tökülməsinə səbəb olur”;
“Mussolini heç kimi öldürmədi, sadəcə müxalifləri ölkə xaricinə tətilə göndərdi”.
“Bu günə qədər heç bir qadına pul ödəmədim. Fəth etmənin gətirdiyi zövqü almadan necə doyurlar, anlamıram” (2009-cu ildə bir fahişə ilə bərabər olması suçlamalarını rədd edərkən verdiyi açıqlama idi)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın