Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Dünya masonlarının Bakıdakı məxfi toplantısı

Dünya masonlarının Bakıdakı məxfi toplantısı

Xəbər verildiyi kimi, Rusiya mason lojasının rəhbəri Andrey Boqdanov ötən həftə Bakıda olub. Özünün dediyi kimi, Boqdanov Bakıda qaldığı oteldən çölə çıxmayıb, çünki çoxsaylı görüşlər və danışıqlar keçirib.

“Bakıda mən ancaq pəncərədən küçədəki maşınları gördüm. Çoxlu danışıqlar oldu, praktiki olaraq oteldən çölə çıxmadım”, – Boqdanov vesti.az-a açıqlamasında deyib.

Virtualaz.org bildirir ki, Rusiya mason lojasının rəhbəri deyib ki, danışıqların mahiyyəti Azərbaycanla bağlı deyildi. “Çoxlu xarici qonaqlar oldu. Fürsətdən istifadə edərək Avropa və Amerika lojalarının nümayəndələri ilə danışıqlar apardım”, – o əlavə edib.

Xatırladaq ki, Boqdanov ötən il Dağlıq Qarabağa səfər edib və bu üzdən Azərbaycan XİN-in qara siyahısına düşüb. Lakin Azərbaycandan üzr istədiyi üçün adı siyahıdan çıxarılıb. Boqdanov 2007-ci ildən Rusiya mason lojasının rəhbəridir, dünyanın bu mifik və gizli təşkilatına mənsubluğunu gizlətmir. Təşkilatın prinsiplərinin əksinə, tez-tez KİV-lərə müsahibələr verir.

Masonluq fəlsəfi-etik hərəkatdır, XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. Masonluq ezoterik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirib. İndi də qüvvədə olan mifə görə, dünyanı masonlar idarə edir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın