Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dünya mətbuatı Tramp-Ərdoğan görüşü haqda bunları yazdı

Dünya mətbuatı Tramp-Ərdoğan görüşü haqda bunları yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla görüşü xarici mətbuatda geniş işıqlandırılıb. CNN liderlərin görüşündən sonra keçirilən mətbuat konfransını son dəqiqə xəbəri olaraq canlı yayımlayıb.

“New York Times” qəzeti isə manşetində ABŞ prezidentin Ərdoğanla keçirdiyi mətbuat konfransındakı açıqlamalarını yazıb. Qəzet: “Tramp terrorla mübarizədə Ərdoğanı müttəfiq olaraq təriflədi” başlığından istifadə edib.

“New York Times”ın xəbərində “Prezident Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı İslam ekstremizminə qarşı mübarizədə etibarlı müttəfiq olaraq təriflədi” ifadəsinə yer verilib.

“Al Jazeera” isə prezident Ərdoğanın Tramp ilə Ağ Evdəki görüşündə ikitərəfli məsələlərin müzakirə olunduğunu bildirib.

Alman beynəlxalq yayım təşkilatı “Deutsche Welle” Amerika-Türkiyə əlaqələrinin müsbət istiqamətdə davam etdiyini və gələcəkdə daha da inkişaf edəcəyini yazıb.(Sputnik)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın