Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Dünya bazarında ərzaq ucuzlaşmaqda davam edir – Azərbaycanda isə əks proses gedir

Dünya bazarında ərzaq ucuzlaşmaqda davam edir – Azərbaycanda isə əks proses gedir

Bu ilin avqust ayında dünya bazarında ərzağın orta qiyməti 3-cü dəfə azalma nümayiş etdirib.”Reuters” agentliyi xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bildirilib ki, qiymət azalması şəkər, buğda və qarğıdalının kəskin ucuzlaşması ilə bağlıdır. Belə ki, ay ərzində şəkərin qiymətində 4%, taxıl məhsullarının qiymətində isə 6,4% azalma müşahidə edilib. Doğrudur, ötən ay bitki yağlarının 5,9%, delikotes məhsullarının isə 0,5% bahalaşması da müşahidə edilib, amma bu, ümumi ucuzlaşmanı dayandıra bilməyib. Avqustda ərzaq qiymətləri indeksi iyuldakı 171,8 dollar səviyyəsindən 169,7 dollara enib.
Bu arada, FAO 2019-2020-ci illərdə qlobal taxıl ehtiyatlarının gözləntilərdən çox olacağını qeyd edib.

Maraqlıdır ki,  dünya bazarında ərzağın orta qiyməti 3-cü dəfə azalsa da, Azərbaycanda elə o qədər artıb. Ərzaq bazarını inhisrda saxlayan oliqarxlarımız xalqa qarşı soyğunçuluğu davam etdirir.

AzPolitika.info  

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …