Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Dünya Bankı Azərbaycanın yoxsulluq səviyyəsini açıqlayıb

Dünya Bankı Azərbaycanın yoxsulluq səviyyəsini açıqlayıb

Dünya Bankının 2019-cu ilin yanvarında açıqladığı “South Caucasus in Motion” adlı analizində ölkələrin yoxsulluq səviyyəsi əks olunub.

Iqtisadçı Rövşən Ağayev deyib ki, sözügedən sənəddə hökumətin uzun illərdir Azərbaycanda elan etdiyi və rəsmi statistik hesabatlarda dəyişmədiyi 5 faiz yoxsulluq göstəricisi var.

O qeyd edib ki, bu sənəddə daha yüksək göstəricidən söhbət gedir:

“Bankın ekspertlərinin 2015-ci ilin yekunlarına görə təqdim etdiyi rəqəmlər belədir: 

Ən aşağı yoxsulluq səviyyəsi Bakıda – 16 faiz, ən yüksək Gəncə-Qazax iqtisadi rayonunda 33 faiz. Digər regionlar üzrə 20-30 faiz intervalında dəyişir. 

Hesabata görə, ölkə əhalisinin əhəmiyyətli hissəsi Bakı, Gəncə-Qazax və Aran iqtisadi rayonlarında yaşadığı üçün bütün yoxsulların da 60 faizi bu 3 ərazinin payına düşür.

Başqa maraqlı bir fakt: həmin dövrdə ölkə əhalisinin 57 faizi yüksək səviyyədə yoxsulluq riski ilə üzləşə biləcək “həssas qrup”a daxil olublar. Bankın “həssas qrup” anlayışı belə izah edilib: gündəlik qazancı 2005-ci ilin alıcılıq qabiliyyəti pariteti ilə 5 USD-dən çox, 10 USD-dən az gəlir səviyyəsinə malik əhali. Bütün regionlar üzrə kənd və şəhər yerlərində təhsil səviyyəsinə dair də maraqlı faktlar var. Eləcə də Cənubi Qafqazın 2 ölkəsi ilə oxşar göstəriciləri müqayisə üçün rəqəmlər əks olunub”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …