Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / DSMF-nin 9 inzibati binasının əsaslı təmirini eyni şirkət layihələndirəcək

DSMF-nin 9 inzibati binasının əsaslı təmirini eyni şirkət layihələndirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 232 (1), Ağdam rayonu, Quzanlı qəsəbəsi (2), Beyləqan şəhəri, Məhəmməd Əsədov küçəsi, 81 (3), İmişli şəhəri, Abbasqulu bəy Şadlinski küçəsi, 8A (4), Saatlı şəhəri, Heydər Əliyev prospekti, 91 (5), Neftçala şəhəri, Heydər Əliyev prospekti, 38A (6), Şabran rayonu, Heydər Əliyev prospekti (7), Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, 3A (8) və Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti, 3A (9) ünvanlarında yerləşən inzibati binalarının əsaslı təmirinin layihələndirilməsi ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin hamısının qalibləri “Qala Group” MMC-dir.

Qalib şirkətə hər tender üçün 51 920 manat, ümumilikdə isə 467 280 manat ödəniləcək.

Həmçinin oxuyun

“Financial Times”: “Aİ Azərbaycandan qaz tədarükünün artırılmasını nəzərdən keçirir”

Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün …