Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Dövlətdən dəstək alacaq hər kəsin adı açıqlanmalıdır”

“Dövlətdən dəstək alacaq hər kəsin adı açıqlanmalıdır”

Problemli kreditlərinin ödənməsində dövlətin fiziki şəxslərə dəstəyini nəzərdə tutan mexanizmin icrası prosesində şəffaflığı təmin etmək üçün bir sıra addımlar atılmalıdır.

Bununla bağlı təkliflə çıxış edən iqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, bu, texniki xarakterli addımlardır: Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısı internetdə (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bankın, o cümlədən bankların rəsmi saytlarında) yerləşdirilməlidir. Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiya verilməlidir. Bunun üçün Mərkəzləşdirilmiş Kredit Reyestrində(MKR) və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələri sağlamlaşdırılmalıdır. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısı da saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməlidir. Nəhayət, restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatlar da açıqlanmalıdır”.

S.Əliyev deyir ki, bank sirrinin qorunması baxımından qanunvericilik qeyd etdiyi bəzi məlumatların açıqlanmasına imkan vermir: “Buna görə də qanunvericiliyə müvafiq dəyişiklik olunmalı, yalnız dövlət tərəfindən kompensasiya olunan kreditlərlər bağlı məlumatların açıqlanmasına şərait yaradılmalıdır. Çünki burada söhbət dövlət büdcəsinin vəsaitlərindən, yəni ictimai vəsaitlərdən gedir. Buna görə də proses şəffaf aparılmalı, kimə nə qədər vəsait ödəndiyi açıqlanmalıdır. Onsuz da insanlar özləri belə məlumatları rahatlıqla paylaşırlar, ödədikləri, ödəyə bilmədikləri məbləğləri açıqlayırlar. Bu baxımdan, şəffaflıq onlar tərəfindən narazılığa səbəb olmayacaq”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …