Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Dövlət televiziyasından gözlənilməz Ərdoğan süjeti

Dövlət televiziyasından gözlənilməz Ərdoğan süjeti

İsveç dövlət televiziyası STV Rəcəb Tayyib Ərdoğanın Türkiyədə milyonlarla şəxs tərəfindən sevilməsi barədə videosüjet yayımlayıb.

Axar.az xəbər verir ki, hazırlanan reportajda Kamal-Dilək Akıncı cütlüyünün 3 əkiz övladına Rəcəb, Tayyib və Ərdoğan adı verdiyi deyilir.

Ərdoğanın hakimiyyətə gəlməsindən sonra türk xalqının rifah halının yaxşılaşdığı da bildirilib: “Ərdoğandan sonra xalq yeni inşa edilmiş modern evlərdə yaşayır. Yeni yollar və küçələr salındı”.

Qeyd edək ki, sözügedən telekanalda mütəmadi olaraq Türkiyə hakimiyyəti əleyhinə veriliş və proqramlar yayımlanırdı.
İndi isə belə bir materialın efirə verilməsi ciddi təəccüb doğurub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın