Çərşənbə , Mart 22 2023
Ana səhifə / İqtisadiyyat / Dövlət şəkər xəstələri üçün bu şirkətdən 5 milyonluq ləvazimat alır

Dövlət şəkər xəstələri üçün bu şirkətdən 5 milyonluq ləvazimat alır

“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Keşəli” MMC (VÖEN – 1600100421) olub.
“Keşəli” MMC Dövlət Agentliyinə 5 milyon 73 min 881 manat 35 qəpik dəyərində “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları” satacaq.
Məlumat üçün bildirək ki, “Keşəli” MMC 30 may 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Bəkirov İlham Bəkir oğludur.

Həmçinin oxuyun

Azərbaycan nefti kəskin ucuzlaşaraq 75 dollara düşdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 …