Ana səhifə / İqtisadiyyat / Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıb

Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.
Bu barədə AZƏRTAC-a Dövlət Neft Fondundan bildirilib.
Məlumata görə, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur:
“Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”.

Həmçinin oxuyun

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir. Bunu maliyyə naziri Samir Şərifov …