Şənbə , İyun 19 2021
Ana səhifə / İqtisadiyyat / Dövlət İmtahan Mərkəzi “tender canavarı”nı ad günündə sevindirdi

Dövlət İmtahan Mərkəzi “tender canavarı”nı ad günündə sevindirdi

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan materiallarının satın alınması müsabiqəsində müvafiq qanunvericiliyi kobud şəkildə pozub.
Bu gün DİM-in keçirdiyi və məbləği 108 min 418 manat 40 qəpik olan tenderin qalibi olan “GLOBAL STATIONERY OFFICE” MMC düz bir il əvvəl yaradılıb.
10 manat nizamnamə kapitalına malik olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 15, mənzil 24-dür. MMC-nin qanuni nümayəndəsi isə Cavadov Mayıl Pərviz oğludur. 
16.07.2020 tarixindən indiyə kimi şirkətlə 17 satınalma müqaviləsi bağlanılıb. Həmçinin, şirkətin satınalmalar portalında yerləşdirilmyən kotirovka sorğularında da qalib gəlməsi ilə bağlı mediada məlumatlar dərc olunub. 
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Bu baxımdan 1 ilin şirkətinə DİM-in etimad göstərməsi şübhələrə əsas verir.

Həmçinin oxuyun

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə …