Şənbə , Fevral 4 2023
Ana səhifə / İqtisadiyyat / Dövlət büdcəsini kimlər, necə talayır?

Dövlət büdcəsini kimlər, necə talayır?

Cəmi 2 ay əvvəl şübhəli ünvanda – “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də dövlət qeydiyyatına alınan “TM Company 2022” MMC (VÖEN – 1604917901) adlı şirkət son 3 gündə fərqli dövlət qurumlarının keçirdiyi 5 müxtəlif tender müsabiqəsində qalib olub.
“TM Company 2022” MMC qısa müddət əvvəl yaranmasına baxmayaraq dövlət qurumlarına müxtəlif sahələrdə məhsullar satıb və xidmətlər göstərib.

Məsələn, “TM Company 2022” MMC “Tibbi Reabilitasiya Mərkəzi” üçün təmir xidməti göstərəcək və eyni zamanda da hərbi hissəyə idman avadanlıqları satacaq.
Aşağıdakı cədvəldə 2 ay əvvəl dövlət qeydiyyatına alınan şirkətin təqdim etdiyi məhsul və xidmətlərlə tanış ola bilərsiniz:

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 2 ay əvvəl yaranan bu şirkətin eyni anda bir neçə sahədə hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 
Tender müsabiqəsində yeganə şübhəli məqam təkcə bu deyil. Qeyd etdiyimiz kimi, “TM Company 2022” MMC-nin qeydiyyatda olduğu ünvanda – “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də qısa müddət ərzində yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu və vahid mərkəzdən idarə edildiyini göstərir.
“Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28” ünvanında qeydə alınan şirkətlər dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olurlar.
Bu ünvanda qeydiyyata alınan 2 şirkətin – “JASMİN AZ LTD” MMC və “TERMİNAL AZ” MMC-lərin  qanuni təmsilçisi  Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ev 87 ünvanında qeydiyyatda olan Yakuşev Stanislav Ələskəroviç adlı vətəndaşdır. Stanislav Yakuşev Yeniavaz.com-a verdiyi açıqlamalarda şirkət rəhbəri olduğundan xəbərsiz olduğunu və yüzminlərlə vergi borcu ilə üz-üzə qaldığını bildirib.
Yakuşev Stanislav Ələskəroviçin cinayətkar şəbəkənin toruna necə düşdüyünü aşağıdakı linklərə daxil olaraq öyrənə bilərsiniz:

https://www.yeniavaz.com/az/news/207606/dovlet-budcesini-kimler-nece-talayir-cavabi-verilmeyen-suallar

Həmçinin oxuyun

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) …