Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “ME.GA.AN” MMC olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Agentliyi “ME.GA.AN” MMC-dən 80 min 971 manat 60 qəpik dəyərində ayaqqabı alacaq.
Belə ki, 400 cüt qara rəngli uzunboğaz botinka (xromdan), 1000 cüt qara rəngli qış tuflisi (xromdan) və 370 cüt qara rəngli uzunboğaz rezin çəkmə alınacaq.
Nizamnamə kapitalı 10 manat olan “ME.GA.AN” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, şəhər şossesi döngə 1 , ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.
