Ana səhifə / İqtisadiyyat / “Dostluq” yatağının qazı dünyaya hansı marşrutla çıxacaq

“Dostluq” yatağının qazı dünyaya hansı marşrutla çıxacaq

Türkmənistan Məclisi Xəzər dənizində yerləşən “Dostluq” yatağının Azərbaycanla birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumunu təsdiqləyib. Türkmənistanın Dövlət Xəbər Agentliyinin yaydığı məlumata görə, Türkmənistan Məclisi “Türkmənistan Hökuməti ilə Azərbaycan Hökuməti arasında ”Dostluq” yatağında neft ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” adlanan qanun layihəsini ratifikasiya edib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisi yanvarın 21-də imzalanan memorandumu təsdiqləyib. Memoranduma əsasən “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30  faiz Azərbaycana, 70  faiz Türkmənistana nisbətdə bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək.

Bu kontekstdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

İlham Əliyevlə Türkmənistan prezidenti arasında görüş keçirilib

Fevralın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində ”Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması  məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə Sərəncam imzalayıb.  Sərəncamla Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 263-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində ”Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun 3-cü maddəsindən irəli gələrək, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrup yaradılır. İşçi Qrupun rəhbəri Azərbaycanın energetika naziri, üzvləri isə xarici işlər,  ədliyyə və iqtisadiyyat nazirlərinin müavinləri,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) sərmayələr və marketinq və geologiya və geofizika üzrə vitse-prezidentiləri təyin olunub.

Prezident Energetika  və Xarici İşlər nazirliklərinə sərəncamdan irəli gələn məsələləri həll etmələrini tapşırıb.

Lukoil"in xalis zərəri açıqlanıb

Maraqlıdır ki, Türkmənistan yataqdakı əməliyyatları Rusiyanın “LUKoil” şirkətinə həvalə edib. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla şirkət prezidenti Vahid Ələkbərov arasında keçirilən görüşdə məlumat verilib. Türkmənistan Dövlət Agentliyinin görüş barədə yaydığı məlumatda qeyd edilir ki, “LUKoil” neft şirkəti Xəzərdə “Dostluq” yatağının işlənilməsində iştirak edəcək. Türkmənistan prezidenti ilə V.Ələkbərov görüşdə neft-qaz sahəsində, xüsusilə Xəzərdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər: “Bu aspektdə bu yaxınlarda Azərbaycanla Türkmənistan arasında imzalanmış Xəzərdə ”Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub”.

Berdiməhəmmədov “LUKoil” şirkətinin bu layihədə iştirak etməyə hazır olduğunu alqışlayıb: “Ələkbərov Türkmənistan liderini əmin edib ki, şirkət ”Dostluq” yatağının uğurla işlənilməsi üçün səylərini əsirgəməyəcək. O, bununla bağlı sazişin imzalanmasının əməkdaşlığın yeni mərhələsi olacağına əminliyini ifadə edib”.

Qeyd edək ki, “Dostluq” adlandırılan yataq Xəzər dənizində Azərbaycanla Türkmənistanın sərhədində yerləşir. Əvvəllər Azərbaycan onu “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırıb. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.

Dostluq” yatağı: Neft-qaz strategiyamızın inkişafında

SSRİ dağıldıqdan sonra yataqla bağlı iki ölkə arasında ciddi fikir ayrılığı yaranıb, bu, dövlətlərarası münasibətlərin kəskin soyuqlaşmasına səbəb olub. Belə ki, 1997-ci ildə Azərbaycan Rusiyanın “LUKoil” və “Rosneft” şirkətləri ilə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Türkmənistan tərəfinin etirazından sonra Rusiya şirkətləri müqaviləni ləğv ediblər. İndi isə “LUKoil” Türkmənistan tərəfindən yatağın işlənməsinə cəlb olunur.

Əslində ölkələr arasında imzalanan memorandumun şərtləri açıqlananda Azərbaycanda əksər müşahidəçilər yatağın karbohidrogen ehtiyatlarının cəmi 30 faizinin bizə, 70 faizinin Türkmənistana olmaqla bölünməsinə təəccüblənmişdilər. Məntiqi olaraq sual yaranmışdı ki, demək olar ki, bütünlüklə Azərbaycan sektorunda yerləşən yatağın ehtiyatlarının belə bölgüsünə rəsmi Bakı necə razılaşıb? Əksər müşahidəçilər Azərbaycanın Türkmənistanla gərginliyə son qoymaq üçün güzəştə getdiyi qənaətindəydilər. Lakin məlum oldu ki, güzəştin arxasında Rusiya faktoru dayanırmış. Bu, indiyədək yataqla bağlı ölkələr arasında razılıq əldə olunmamasının əsl səbəbini də ortaya qoyur.

Dostluq” yatağı : Niyə Azərbaycana 30 %, Türkmənistana 70 %..? » NUH  informasiya agentliyi

Nə Türkmənistan tərəfi, nə də “LUKoil” “Dostluq”la bağlı razılaşmanın detallarını açıqlamayıblar. Bu baxımdan, 70 faizin nə qədərinin Rusiya şirkətinə çatacağını söyləmək mümkün deyil. Lakin Rusiyanın Türkmənistana yanaşması təcrübəsi göstərir ki, “LUKoil”un payı Aşqabaddan çox olacaq ki, az olmayacaq.

“LUKoil”un oyunçu kimi ortaya çıxması “Dostluq”dan hasil ediləcək neft və qazın Azərbaycan infrastrukturu ilə dünya bazarına çatdırılmasına olan gümanları da ciddi sual altına alır. Məlumdur ki, Türkmənistanın bu məhsulları öz sahilinə çatdırmaq üçün nə müvafiq infrastrukturu, nə də onu yaratmağa maliyyə imkanları var. Bu baxımdan, gözlənilirdi ki, yatağın ehtiyatları məhz Azərbaycan infrastrukturu vasitəsilə bazara çıxarılacaq. Lakin Rusiyanın “LUKoil”un timsalında prosesə qoşulması bu gözləntilərin reallaşması ehtimalını xeyli azaldır: Moskva Türkmənistanın onun ərazisindən kənar marşrutla dünya, xüsusilə də Avropa bazarına neft və qazını çıxarmasına yol verəcəkmi? Yol verəcəksə, hansı şərtlərlə? Zamanla bu sualların cavabını müəyyənləşdirmək mümkün olacaq.

Yeri gəlmişkən, Azərbaycan tərəfindən İşçi Qrupun üzvü, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, yataqdan Türkmənistanın payına düşəcək qazı Cənub Qaz Dəhlizi ilə Türkiyəyə nəql etmək imkanı olacaq: “Gələcəkdə Türkmənistandan Cənub Qaz Dəhlizi (SGC) ilə təbii qaz nəql edilə bilər. Həmçinin Xəzər dənizdəki Azərbaycanın əlavə qaz ehtiyatları da SGC üzərindən nəql edilə biləcək”.

E.Nəsirov bildirib ki, 2018-ci il konvensiyasına əsasən, Xəzər dənizindəki iki qaz yatağı arasında ayrı bir ekoloji qiymətləndirməyə ehtiyac olmadan bir qaz kəməri inşa edilə biləcək: “Nəticədə qaz mənbələrini necə inkişaf etdirəcəyinə Türkmənistan özü qərar verəcək. Çünki Türkmənistan qazı əvvəllər İran üzərindən Türkiyəyə çatdırılırdı”. Musavat.com

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …