Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Donbasda şiddətli döyüşlərdə xeyli sayda ölən var – VİDEO

Donbasda şiddətli döyüşlərdə xeyli sayda ölən var – VİDEO

Ukraynanın Donetsk vilayətində vəziyyət yenidən gərginləşib. Yanvarın 29-dan başlayaraq Avdeyevka ətrafında Ukrayna ordusu ilə separatçı güclər arasında döyüşlər gedir.

Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ordu Avdeyevka yüksəkliyi ələ keçirib.

Hərbi ekspert Oleg Zhdanov dialog.ua saytına bildirib ki, yüksəklik stratejik əhəmiyyətə malikdir. Bu yüksəklik vasitəsilə bir çox əraziyə nəzarət etmək mümkündür.

Onun sözlərinə görə, separatçılar yüksəkliyi geri almağa cəhd göstərib. Nəticədə Ukrayna ordusu və qarşı tərəf itki verib.

Qeyd edilib, yanvarın 29-dan Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqeləri atəşə tutulub. Hər iki tərəf yüzlərlə snaryad və qradlardan istifadə edib. Yaralıların və ölənlərin olduğu bildirilir.

Ukrayna KİV-lərində ölənlərin sayı ilə bağlı təzadlı məlumatlar yer alıb. Bəzi xəbərlərdə 30 ukraynalı hərbçinin öldüyü bildirilir. Qarşı tərəfin də xeyli itki verdiyi deyilir. Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Bölgədə vəziyyətin gərginləşdiyini görən Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısını çağırıb. Toplantının keçirilməsi Donetks vilayətinin Avdeyevka qəsəbəsi ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlıdır.

Bu dəqiqələrdə yayılan məlumata görə, Avdeyevka davam edən şiddətli döyüşlərlə əlaqədar 3000 sakin ərazidən təxliyyə olunacaq. Qanlı döyüşlərdən sonra onlarla ev yararsız vəziyyətə düşüb.

(AzVision.az)

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …

Bir cavab yazın