Ana səhifə / İqtisadiyyat / Dolların ucuzlaşmasına səbəb olan üç əsas amil hansıdır?

Dolların ucuzlaşmasına səbəb olan üç əsas amil hansıdır?

Dollar üç amilin birləşməsi fonunda ucuzlaşıb – xəbər fonu, ABŞ valyutasına inamın sarsılması və Rusiya iqtisadiyyatının de-dollarizasiyası.
 

Bu barədə iqtisad elmləri namizədi, maliyyə analitiki Mixail Belyayev açıqlama verib.

Analitik dolların dəyərinin 2021-ci ilin noyabr dəyərlərinə görə düşməsini bu amillərlə əlaqələndirib.

Aprelin 29-da keçirilən hərrac zamanı dolların məzənnəsi 2,18 faiz (70,52 rubla qədər) ucuzlaşıb. Sonuncu dəfə 2021-ci ilin noyabrında 71 rubldan aşağı düşüb. Avro isə 74 rubla kimi ucuzlaşıb.

“Hər hansı bir ölkənin məzənnəsi öz fundamental dəyərinə görə iqtisadiyyatın vəziyyətindən asılıdır”, – deyə Belyaev qeyd edib. Oxu.az

Həmçinin oxuyun

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

Azərbaycan İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib. İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak …