AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Povel “axırıncı dəfə Federal Açıq Bazar Komitəsinin hesabatına görə, gəlirlər və biznes sahəsindəki inkişaf davam edərsə, federal pul vəsaitləri üçün hədəf aralığı səviyyəsinin tədricən artması ehtimal olunur” – deyə, bildirib.

O, iqtisadiyyatlarının güclü olduğunu, inflyasiyanın isə hədəflərində olan 2%-ə yaxınlaşdığını qeyd edib. Bu o deməkdir ki, ABŞ-da işləmək istəyən insanların əksəriyyəti iş tapa bilər. J.Povel vurğulayıb ki, özü və həmkarları məlumatları daim izləyir, güclü əmək bazarı və inflyasiyanın 2% dərəcəsində saxlanmağı üçün iqtisadi siyasət planlaşdırırlar.