Cümə , Dekabr 4 2020
Ana səhifə / İqtisadiyyat / Dollar panikası koronavirus təhlükəsini üstələyib – VİDEO

Dollar panikası koronavirus təhlükəsini üstələyib – VİDEO

“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır. Burda dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb”.

Bu sözləri Musavat.com-a Bakı banklarından birinin qarşısında dollar almaq üçün növbədə dayanmış ortayaşlı qadın deyib.

Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filalları var. Həmin filiallara baş çəkib infeksiyanın önlənməsi üçün dezinfeksiya işlərinin görülüb-görülməməsinə aydınlıq gətirməyə çalışdıq.

Bank filiallarında bugünlərdə iynə atsan yerə düşməz. Sıxlıq o qədərdir ki, hətta filialların qapısı önündə də müştərilər öz növbələrinin çatmasını gözləyirlər. “Kapitalbank”ın “Neftçilər” metrostansiyası yaxınlığındakı filialından savayı digər bankların ərazidəki filiallarında deyəsən heç koronavirus təhlükəsi haqda eşitməyiblər. Olduğumuz bank filallarının hər birində də rəhbərliklə danışa bilmədik. Səbəb kimi iclasda olduqları göstərildi. Maraqlı burasıdır ki, dollar satışını dayandırmayan bank filiallarının işçilərinin əksəriyyəti müştəri sıxlığına baxmayaraq tibbi maska taxmır, dezinfeksiyaedici məhlullardan istifadə etmirlər.

Təfsilatıyla videoreportajımızda tanış ola bilərsiniz.

foto.jpg (62 KB)

Həmçinin oxuyun

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır –Açıqlama

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq. Bu barədə “Türkiyə Dövlət Dəmir …