Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Dollar kreditlərinin kompensasiyası üçün nə qədər vəsait ayıtlıb? (MƏBLƏĞ)

Dollar kreditlərinin kompensasiyası üçün nə qədər vəsait ayıtlıb? (MƏBLƏĞ)

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası olaraq Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə 6 mərhələdə 600,1 milyon manat vəsait ayırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, bu gün mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb. Bu, lazım olan vəsaitin 91,4%-dir.
Xatırladaq ki, sözügedən fərmanda baş vermiş devalvasiyalar nəticəsində vətəndaşlara dəymiş zərərin 3 aydan gec olmayaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi öz əksini tapıb. 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …