Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dollar kreditini artıq ödəyənlər, pul sizə qaytarılacaq – Video

Dollar kreditini artıq ödəyənlər, pul sizə qaytarılacaq – Video

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-nin canlı yayımında problemli dollar kreditlərinin dövlət tərəfindən ödənilməsi barədə prezident İlham Əliyevin sərəncamını şərh edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Orucov bildirib ki, əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq:

“Kredit tam bağlanıbsa fərq geri veriləcək. Devalvasiyadan öncə götürülüb ödənilən və ikinci devalvasiyadan sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb”.

***

Rəşad Orucov eyni zamanda vətəndaşları narahat edən suallara da cavab verib:

– Deyək ki, vətəndaş 2015-ci ilin 21 fevralın əvvəlindən dollarla kredit götürüb və ödəyə bilməyib. Kreditin ödənişi gecikib, bununla bağlı məhkəmə prosesi gedir və ya artıq məhkəmə qərarı var, icra mərhələsindədir. Bu zaman vətəndaş hansı üstünlüklər əldə edir? 

– Birincisi, manatın ABŞ dollarına münasibətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranmış fərq kompensasiya olunur, yəni vətəndaşın borcu azaldılır. İkincisi, deyək ki, 10 min dolların 5 min dollar qalığı qalıbsa, kompensasiyanı alandan, borcu həcmi azalandan sonra həmin vətəndaş bankla yeni kredit müqaviləsi imzalayır, kredit müddəti 5 ilə qədər uzadılır, 1 il güzəşt dövrü əldə edir və bütün faiz borcları da silinir. Bu zaman banklara da müəyyən dəstək vermək lazımdır. Çünki banklar əhalinin dollarla olan kreditlərini manata keçirdikləri üçün onların da açıq valyuta mövqeyi yarana bilər. Buna görə də Mərkəzi Bank banklara zəruri olan valyutada qiymətli kağızlar verəcək. Burada həm əhalinin problemləri həll olunur, həm də bank sektorunun dayanıqlılığının qorunması üçün bütün tədbirlər nəzərdə tutulub.

Dollar kredit götürüb devalvasiyadan sonra banka müraciət edərək həmin günün məzənnəsi ilə manata keçirilən kredit götürənlərlə bağlı da fərmanda qeyd var. 2015-ci ilin 21 fevralın əvvəl kredit götürüb devalvasiyadan sonra 1,05 məzənnə manata konversiya edənlərə də kompensasiya ödəniləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …