Çərşənbə , İyun 29 2022
Ana səhifə / İqtisadiyyat / Dollar bahalaşır, manatın taleyi necə olacaq? – PROQNOZ

Dollar bahalaşır, manatın taleyi necə olacaq? – PROQNOZ

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini 0,5% artıraraq 0,75-1% həddinə çatdırması və növbəti iclaslarda 0,5% artıma gediləcəyi ilə bağlı açıqlamaları dolları digər valyutalar qarşısında bahalaşdırır. Belə ki, ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illik maksimumuna yüksəlib və 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.

Dollar bahalaşır, bəs manatı nə gözləyir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, manatla bağlı ciddi problem yoxdur:

Onun sözlərinə görə, hətta manatın digər valyutalara nisbətən güclənməsi mümkündür:

“Çünki manat inzibati qaydada tənzimlənən məzənnə rejimindədir. Birjalarda manatın məzənnəsi müəyyənləşdirilmir. İnzibati qaydada tənzimləndiyindən və neftin qiymətinin yüksək olduğu üçün manatı ciddi təhlükə gözləmir. Ona görə manatın dollar qarşısında sabit məzənnə rejiminin davam etməsi gözlənilir. Hətta manatın digər valyutalara nisbətən güclənməsi mümkündür. Çünki bizdə digər valyutalarla nisbətdə dolların həmin valyutalara olan məzənnəsi əsas götürülür. Yəni dollar avro qarşısında bahalaşırsa, deməli manat da avro qarşısında bahalaşır. Son zamanlarda bunu görürük. İki il bundan qabaq 1 avro 2 manata bərabər idisə, bu gün rəsmi məzənnədə 1 avro 1 manat 76-77 qəpiyə bərabərdir. Yəni avro qarşısında manatın dəyər qazandığını görürük. Digər valyutalara nisbətən dollar məzənnəsinə görə manatın möhkəmlənməsi mümkündür. Amma dollar qarşısında sabit qalacağı gözlənilir. Ən azından neftin qiyməti yüksək olduğu dövrdə, yaxın aylarda manatın məzənnəsinə ciddi bir təsir olmayacaq”.

Həmçinin oxuyun

Baramamızın içinə düşən “qurd”- istehsal niyə azalıb?

Azərbaycanda barama istehsalı kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənən istehsal istiqamətlərindən biridir. Bu sahənin dirçəldilməsinə 2016-cı …