Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dollar bahalaşır: Manat ucuzlaşacaq? – Ekspert danışır

Dollar bahalaşır: Manat ucuzlaşacaq? – Ekspert danışır

Bu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə də kapitalın Avropadan ABŞ-a axması fonunda dollar daha da bahalaşıb.

“Sovcombank”ın baş analitiki Mixail Vasilyev bildirib ki, 2023-cü ildə də FED hazırkı kursunu davam etdirsə və proqnozlaşdırılan qlobal tənəzzül reallaşsa, dolların bahalaşması tendensiyası davam edə bilər.

Bir çox iqtisadçı hesab edir ki, geosiyasi ziddiyyətlər, deqloballaşma, dünyada onilliklər ərzində rekord səviyyəyə çatan inflyasiya, yığılmış borclar, enerji və ərzaq böhranları fonunda aparıcı mərkəzi bankların faiz dərəcələrini sürətlə artırmaları, eləcə də Çində koronavirusa qarşı sərt tədbirlər qlobal iqtisadi tənəzzülə səbəb olacaq. Bu ssenaridə xammal qiymətlərinin düşməsi və qlobal investorların “etibarlı sığınacaq” olan dollara keçmələri ehtimalı var.

“Biz 2023-cü il üçün proqnoza “Urals” markalı neftin qiymətinin bir barel üçün 60 dollara düşməsini də daxil edirik. Lakin dünyada tənəzzül daha dərin olarsa, neftin qiyməti proqnoz daha da aşağı düşəcək”, – ekspert hesab edir.

Onun fikrincə, bunun fonunda Rusiya rublunun ucuzlaşması və bir dolların 70 rubla qədər bahalaşması ehtimalı var. Rubla təzyiq Rusiyanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin azalması ilə bağlı olacaq: qlobal tənəzzül və yeni sanksiyalar (Dekabrın 5-dən Rusiya neftinə qiymət tavanı və idxalına embarqo tətbiq ediləcəyi gözlənilir) səbəbindən ixrac gəlirləri azalacaq.

“Ona görə də əmanətlərinizin bir hissəsini xarici valyutada saxlamaq məqsədəuyğundur”, – Vasilyev tövsiyə edib.

Maraqlıdır ki, bəs ölkəmizdə necə, pul ehtiyatları dollarda saxlanılmadır?

DİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib ki, manat üçün təhlükə yoxdur:

“Onsuz da Azərbaycan iqtisadiyyatı, bank sistemi daha çox dollara uyğunlaşıb. Biz 2016-cı ildən dolların məzənnəsini “üzən məzənnə”dən kənar saxlayırıq. Bu gün istənilən valyutanın ucuzlaşmasını şərtləndirən amillər var. O cümlədən manatı üçün də bu amillər keçərlidir.

Azərbaycanda isə manatın ucuzlaşmasına zəmin yaranmayıb. Makroiqtisadi vəziyyət, idxal və ixrac prosesləri, maliyyə ehtiyatlarımız optimal vəziyyətdədir. Buna görə də manatın ucuzlaşması da gözlənilmir.

Nəzərə almaq lazımdır ki, iqtisadiyyatımızın böyük hissəsi neft amilindən asılıdır. Neft amilində hər hansı bir problem yaranarsa və bu problem uzunmüddətli olarsa, manatın məzənnəsinə təsir edə bilər. Amma indiki vəziyyətdə hər hansı bir təhlükə yoxdur. Bu səbəbdən Rusiya üçün keçərli olan vəziyyət bizim üçün keçərli deyil. Həm də onu da nəzərə almaq lazımdır ki, Rusiya və Azərbaycanın hazırkı iqtisadi durumu da fərqlidir”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …