Ana səhifə / İqtisadiyyat / Dollar bahalaşır, hakimiyyət prokurorluq orqanlarını işə salır

Dollar bahalaşır, hakimiyyət prokurorluq orqanlarını işə salır

Türkiyədə dolların məzənnəsi bu gün səhər saatlarından yenidən artmaqdadır və saat 12.30-a olan məlumatlara görə 1 ABŞ dolları 6.8 TL-yə dəyişdirilir. Baxmayaraq ki, Mərkəzi Bank maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək üçün bəzi tədbirlər gördüyünü elan edib. Mərkəzi Bank bildirib ki, bankların türk lirəsinə olan ehtiyacı ödəniləcək, türk lirəsi ilə əməliyyatlar aparan banklara əlavə stimul veriləcək. Habelə bankların TL-yə dəyişdirmək üçün istifadə edə biləcəyi valyuta ehtiyatı 7.2 milyard avrodan 20 milyard avroya qaldırılıb.

Bununla belə Mərkəzi Bankın maliyyə bazarlarına müdaxiləsi o qədər də effektli olmayıb və lirə təkcə bu günkü hərraclarda dəyərinin daha 7 faizdən çoxunu itirib.

Son məlumata görə maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək naminə hakimiyyət hüquq-mühafizə orqanlarını da işə salıb. İstanbul Cümhuriyyət prokurorluğu “iqtisadi təhlükəsizliyi təhdid edən şəxs və ya şəxslər” barədə təhqiqat başlatdığını elan edib.

Prokurorluğun açıqlamasında deyilir ki, “Türkiyəyə qarşı iqtisadi hücumlara xidmət edən hər cür yönləndirici xəbər və görüntü yayanlar, social media hesablarından iqtisadi təhlükəsizliyi təhdid edən paylaşmalar həyata keçirənlər” barədə araşdırma başladılıb. Prokurorluğun bildirdiyinə görə Türkiyəyə qarşı iqtisadi hücumlar 15 iyul hərbi çevriliş cəhdinin arxasındakı qüvvələr tərəfindən həyata keçirilir.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında isə deyilir ki, ölkədə iqtisadi təhükəsizliyi təhdid edən fəaliyyətlərin qarşısının alınması çərçivəsində 345-dən çox social media hesabı nəzarət altına alınıb, həmin hesabların sahibləri barədə təhqiqat başladılıb.

*   *   *09:25

Türkiyədə yeni həftənin ilk iş günü başlayan kimi lirənin dollarla müqayisədə dəyərdən düşməsi prosesi də yenidən start götürüb. Bu saatlara olan məlumatlara görə Türkiyə milli valyutası daha 5.3 faiz dəyər itirmişdi və hazırda 1 ABŞ dolları 6.75 TL-yə dəyişdirilir. Asiya birjalarında isə ötən axşamkı hərraclarda 1 dollar hətta 7.2 TL-yə qədər bahalaşmışdı.

 

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan milli valyutanın sürətlə dəyər itirməsinə ötən bazar günü Trabzonda tərəfdarları qarşısında çıxışı zamanı yenə toxunub. “Bunun adı Türkiyəyə qarşı operasyon çəkməkdir”-Ərdoğan lirənin dəyərdən düməsinə görə ABŞ-ı ittiham edərək deyib.

“Biz gördüyümüz dostluqlar qarşısında nə qədər qədirbiləniksə məruz qaldığımız dümənliklərin cavabını da misli ilə verəcək qədər qətiyyətli ölkəyik. 81 milyonluq bir ölkə ilə strateji müttəfiqliyini terror təşkilatları ilə münasibətləri uğrunda fəda edənə sadəcə hadi, gülə, gülə deyirik”-Ərdoğan bildirib.

 

Türkiyə prezidentinin sözlərinə görə onun ölkəsində yaşananların iqtisadi səbəbləri yoxdur. Məsələ siyasidir və məqsəd Türkiyəni maliyyədən tutmuş siyasətə qədər bütün sahələrdə təslim almaqdır. Türkiyəyə və türk millətinə diz çökdürməkdir. “Ona görə də buradan, Trabzondan elan edirəm. Oyununuzu gördük və sizə meydan oxuyuruq”-Ərdoğan deyib.

 

08/12/2018. 23:49

***

Asiya birjalarında həftənin ilk alış-veriş sessiyasında ABŞ dollarının məzənnəsi Türkiyənin milli valyutası – lirəyə nisbətdə görünməmiş həddə yüksəldi.

Vitualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda birjalarda Türkiyə lirəsi / ABŞ dolları nisbəti 7,21-ə bərabərdir.

Xatırladaq ki, cümə günü birjalar 6,4 səviyyəsində qapanmış və ekspertlərin əksəriyyəti yeni həftənin başlanğıcında Türlkiyə lirəsinin məzənnəsinin daha da enəcəyini bildirmişdilər.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …