Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / Dollar bahalaşdı, Volska gedən azərbaycanlıların sayı kəskin azaldı

Dollar bahalaşdı, Volska gedən azərbaycanlıların sayı kəskin azaldı

Rusiyanın Saratov vilayətinin Volsk rayonunun başçısı Vitali Matveyev millətlərarası və məzhəblərarası anlaşma üzrə şuranın növbəti toplantısını keçirib.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, rayonda yaşayan milli azlıqların adından “Vətən” Azərbaycan diaspor təşkilatının rəhbəri Elçin Əlləzov məlumat verib.

Onun sözlərinə görə, hazırda Volsk rayonunda 1000 nəfərə yaxın azərbaycanlı yaşayır ki, bunların da 547 nəfəri hələ 2010-cu ilin siyahıyaalmasının nəticələrinə görə burada qeydiyyata alınmışlardır. Əlləzov vurğulayıb ki, rayonda yaşayan azərbaycanlıların hamısı burada leqal yaşayır və sənədləri tam qaydasındadır – diaspor təşkilatı həmin məsələni nəzarətdə saxlayır.

O əlavə edib ki, 2013-cü ildən bəri rayona gələn azərbaycanlıların sayı kəskin azalıb. Buna səbəb kimi Elçin Əlləzov Rusiyada dolların məzənnəsinin kəslkin yüksəlməsini və digər amilləri göstərib.

Diaspor təşkilatı rəhbərinin sözlərinə görə, Volsk rayonunda yaşayan azərbaycanlılar burada fəaliyyət göstərən, demək olar ki. bütün ictimai təşkilatlarda, o cümlədən vilayət dumasında və rayon polis şöbəsində təmsil olunurlar.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …