Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Dollar Azərbaycanda qalacaq: Deputat yolu göstərdi

Dollar Azərbaycanda qalacaq: Deputat yolu göstərdi

“Novruz bayramında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Qarabağ turizm potensialına görə fərqlənən bölgələrimizdəndir. Əlverişli iqlimi və relyefi ilə yanaşı Qarabağ və Şərqi Zəngəzur həm də tarixi ilə turistlər üçün cəlbedicidir. Suqovşan da böyük turizm potensialı baxımından fərqlənən bölgələrimizdəndir”.

Bunu deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, işğaldan azad olunmuş Kəlbəcər rayonu, Şuşa şəhəri Cənubi Qafqazda turizmin inkişafı baxımından az saylı regional ərazilərdən hesab edilir:

“Çünki bu ərazilərin yay, qış, tarixi, dini, mədəni, həmçinin müalicəvi turizm potensialı böyükdür. Eləcə də digər azad edilmiş ərazilərdə də turizm potensialı yüksək qiymətləndirilir. Məsələn, ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır. Güman olunur ki, bu, bərpa prosesindən sonra ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərəcək. Pandemiyadan əvvəl, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3.2 milyon nəfərədək yüksəlmişdi. İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn, turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir. Eyni zamanda, daxili turizmin gəlirlərinin yüksələcəyi və Ümumi Daxili Məhsuldakı payın artacağı proqnozlaşdırılır. Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək”.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …