Ana səhifə / İqtisadiyyat / Dollar alışında kəskin ARTIM: “Əvvəl-axır devalvasiya baş verəcək” – NƏ ETMƏLİ?

Dollar alışında kəskin ARTIM: “Əvvəl-axır devalvasiya baş verəcək” – NƏ ETMƏLİ?

Son vaxtlar Azərbaycanda dollar alışı artıb. Manatın alıcılıq qabiliyyətində isə azalma var. Dollar satışının artması mart ayında xarici valyutanın məzənnəsinin manata nisbətdə artacağı ilə əsaslandırılır. Bu səbəbdən sahibkarlar və bazar iştirakçıları ehtiyat üçün dollar almaqda davam edirlər.

Məlumat üçün bildirək ki, hələki Mərkəzi Bank bazarda ABŞ dollarının xüsusi çəkisini artırmaqla, manatın məzənnəsinin stabil qalmasına çalışır. Növbəti aylarda isə milli valyutanın məzənnəsinin taleyi sual altındadır. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan iqisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə manatın alıcılıq qabiliyyətinin zəifləməsi inflyasiya ilə bağlıdır:

“Yəni qiymət artımıdır. Manat əvvəlki dəyərində deyil. O ki qaldı dollar alışının çoxalmasına, bu da başa düşüləndir. Əhali və sahibkarlar görəndə ki, manat əvvəlki alıcılıq qabiliyyətinə malik deyil, onlar ehtiyatlarını dollarla saxlayırlar. Bu vəziyyətdə iqtisadi nəzəriyyəyə görə prinsipcə devalvasiya baş verməlidir.

Yəni harada ki, milli valyuta inflyasiyaya uğrayırsa, onun devalvasiyaya məruz qalmsı ehtimalı güclənir. Amma Azərbaycanda bu ehtimal aşağıdır. Çünki bizim valyuta gəlirlərimiz neftə bağlıdır. Xaricə neft satırıq və xarici valyuta əldə edirik. Məsələn, Türkiyədə belə deyil, qardaş ölkədə iki proses bir anda baş verir. Həm inflyasiyadır, həm də türk lirəsi devalvasiyaya uğrayır.

Türkiyə öz yerli əhalisinə nə satırsa, xaricə də onu satır. Azərbaycan isə inflyasiyaya baxmayaraq valyuta ehtiyatlarımızın hesabına manatın məzənnəsini qoruya bilir. Valyuta ehtiyatlarımız olmasa, bu dəqiqə devalvasiya baş verərdi”.

Əkrəm Həsənov əlavə edib ki, iflyasiya prosesi uzunmüddətli olsa, əvvəl-axır devalvasiya baş verəcək. Amma hələki yaxın aylar üçün bu, görünmür.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …