Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Diyarbakırda Novruz şənlikləri “sönük” keçir

Diyarbakırda Novruz şənlikləri “sönük” keçir

BBC Türkcenin müxbiri Hatice Kamer Diyarbakırdan yazır ki, bu yerlərdə hər il bir həftə əvvəl təntənə ilə başlanan Novruz bayramı bu il “xeyli sönük” keçir.

Diyarbakır, adətən Novruz günlərində qız-gəlinlərin geyindiyi müxtəlif rəngli geyimlərdən rəngbərəng görünür.

Bu il şəhər küçələrində bu rənglər yoxdur.

Diyarbakır Şəhər Bələdiyyəsi Novruz şənliklərinə gedən 128 avtobus sifariş edib, lakin həmişəki qələbəlik gözə dəymir, dayanacaqlardakı insanların sayı azdır.

Martın 15-də Bağlar rayonunun Kaynartepe məhəlləsində elan edilmiş kommendant saatı bu gün səhər ləğv olunub.

Hatice Kamer minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı Kaynartepe tərəflərdə olub.

Burada insanlar evlərinə qayıtmağa başlayıblar. Bir həftədir ki, bağlı olan dükanlar açılır. Ustalar emalatxanalarında təmizlik işi aparırlar.

“Mənim hüququmu qoruyan məndən soruşmalıydı”

Müxbir yazır: Koşuyolunda bir kafedə oturanlar məni çağırıb çay təklif edirlər.

“Bunun axırı nə olacaq?” – deyə soruşurlar. Onlar baş verənlərdə həm dövləti, həm də PKK-nı günahlandırırlar.

Amma nə adlarını deyirlər, nə də ki, kameraya düşmək istəyirlər.

Image copyrightHATICE KAMER
Image captionBağlar rayonunda bayram meydanda qeyd edilir

İki uşaq atası olan və özünü Ahmet kimi təqdim edən 39 yaşlı kişi deyir:

“5-6 gün qaçaq kimi yaşadıq. Allah Surdakıların köməyi olsun. Mənim hüququmu qoruduqlarını deyənlər, əvvəlcə bunu istəyib-istəmədiyimi məndən soruşmalı idilər”, o deyir.

Ahmetin yanındakı adam “60 çaplı bir mərmini yerdən qaldırdığını və buranın sözün qurtardığı bir yer olduğunu” deyir.

“Mən bura Surdan gəldim, buradan da qaçıb xalamgilə sığındıq. Nə edək? Ev kirayəsi min lirəyə çatıb” – deyir bir başqası.

“Dövlətə qəzəbli, HDP-dən incik”

Kafedəkilərin şənliklərə getmək fikirləri yoxdur. Onlar kommendant saatı günlərində HDP millət vəkillərinin dəstək verməməsindən incikdirlər:

“Burada vəziyyət heç yaxşı deyil. Adamlar dərdə düşüblər, hayan olan da yox” – deyirlər.

Dövlətə “qəzəbli”, HDP-dən isə “incik” olduqlarını bildirirlər.

Uşaqların psixikasının pozulduğunu deyirlər.

“Səhərə qədər qorxu içində yaşadıq. Polis də maskalıdır, gənclər də. Əllərində də Kalaşnikov. Uşaqlar bunları necə yaddan çıxarsınlar” – deyir həmsöhbətlər.

Image copyrightHATICE KAMER
Image captionBuilki Novruz ciddi təhlükəsizlik tədbirləri şərairitində keçir

Hansısa maşında bomba tapdıqlarını deyirlər. Polis yolları bağlayıb.

Dəstənin içindən bir nəfər “üç evsiz adam bura birlikdə gəlmişik. Evimizdə yemək də yoxdur. Yenə də özümüzə bir şey olmadığına şükür edirik” deyir.

Diyarbakırda Novruza niyə icazə verilib?

Hamını belə bir sual düşündürür – “Hər yerdə qadağan edilmiş Novruza Diyarbakırda niyə icazə veriblər?”

“Kaş ki, burda da qadağan edəydilər” – deyir adamlar.

İnsanlar hər şeydən şübhələndiklərini söyləyirlər.

“Burda o qədər gənc öldürülüb ki… Novruz haramıza yaraşır?” – deyirlər.

Sakinlər deyirlər ki, builki Novruzda bayram əhval-ruhiyyəsi yoxdur. Ara-sıra bomba partlayışları olduğunu, adamların ehtiyat etdiklərini və buna görə də şənliklərə qatılmadıqlarını bildirirlər.

Həmçinin oxuyun

Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir?

Başa vurduğumuz 2020-ci il dünya ölkələri üçün maliyyə-fiskal-büdcə siyasəti baxımından əvvəlki illərlə müqayisədə bir çox …

Bir cavab yazın