Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Diqqət! Dünya milyonerləri bu universitetlərdən çıxıb

Diqqət! Dünya milyonerləri bu universitetlərdən çıxıb

Burada oxuyanlar niyə avtomatik milyoner olur?

Bu günlərdə hər kəs övladının, yaxınının ali məktəbə qəbul olması, ixtisas seçməsi həyəcanını yaşayır. Amma dünya bu günlərdə milyonerlərin, ən uğurlu insanların ali təhsil aldığı məktəblərin siyahısını hazırlayıb.

Musavat.com mövzunun aktual olduğunu nəzərə alıb, bu məktəblərin siyahısını və müasir dünyadakı trendləri yada salır.

Öncə başlayaq Böyük Britaniyanın aparıcı investisiya şirkəti olan Skandianın aradırmasına. Bu şirkət imkanlı britaniyalılar arasında onların təhsil aldıqları yer mövzusunda tədqiqat aparıb. Məqsəd hansı təhsil müəssisəsinin gələcəyin milyonçularını yetişdirdiyini öyrənmək idi.

Beləliklə, milyonerlərin təhsil ocaqlarından biri olan London universitetində (University of London) təxminən 120.000 tələbə təhsil alır. Universitet bir çox şöbələrdən ibarətdir və tərkibində 19 kollec və 10 ixtisaslaşmış tədqiqat institutunu birləşdirir. London universitetinin məşhur məzunları arasında ABŞ-da milyardlar qazanmamışdan qabaq London universitetinin London School of Economics şöbəsində təhsil almış Corc Sorosu qeyd etmək olar.

Digər bir milyoner, yazıçı Ken Follet də bu təhsil müəssisəsinin fəlsəfə fakültəsində oxuyub. Eləcə də, The Rolling Stones-un solisti Mik Caqqeri qeyd etməliyik.

Картинки по запросу Фоллетт, Кен

Məşhur ali məktəb britaniyalılardan başqa, xarici tələbələri də özünə cəlb edir ki, bu da onu Böyük Britaniyanın ən nüfuzlu universitetləri arasında liderə çevirir. Həm də London universiteti ən varlı tələbələrin oxuduğu ali məktəblər arasında ikinci yerdədir.

Milyonerlərin ikinci təhsil ocağı kimi Oksfordun (Oxford University) adını çəkirlər. Tələbələrin bu ali məktəbin hansı istiqamətini seçməsindən asılı olmayaraq, hər şey onlara uğur vəd edir. Hansı fəaliyyət sahəsinin seçilməsindən asılı olmayaraq, Oxford University-in məzunlarının əksəriyyəti müvəffəqiyyət əldə edir.

Sübut olaraq onu qeyd edə bilərik ki, bu ali məktəbin məzunlarının 8%-i Britaniya milyonçularına çevrilib. Oksfordda bir çox məşhur siyasətçilər, yazıçılar, biznesmenlər, ictimai xadimlər təhsil almışlar, onların arasında dahi mütəfəkkirlər, alimlər və iş adamları var. Aktyor Hyu Qrant isə 1979-cu ildə İngilis ədəbiyyatı üzrə təhsil almaq üçün aldığı qrant sayəsində Oksfordda oxumaq imkanı əldə etmişdir.

Картинки по запросу

Bunlardan başqa, Oksfordun məzunları arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton və milyarder Net Rotşild də var.

Sorğuda iştirak edən milyonçuların 5,5%-i məhz Kembric universitetinin (Cambridge University) divarları arasında təhsil almışdır. Bütün sərvətini “Me and my girl” müzikli sayəsində toplamış Stiven Fray də Kembricin məzunlarındandır. Bundan əlavə, məhz bu təhsil müəssisəsindən 88 Nobel mükafatı laureatı çıxmışdır.

Sorğusu alınmış milyonerlərin 4%-i vaxtilə University of Leeds-i bitiriblər. Dire Straits rok-qrupun vokalisti, gitaraçısı və mahnılarının müəllifi Mark Noplfer də bu universitetdə təhsil almışdır. Deyilənə görə, University of Leeds-də Britaniyanın ən kasıb tələbələri təhsil alır.

40.000 nəfərin təhsil aldığı Mançester Universiteti (University of Manchester) 3,5% milyoner üçün “mərhəmətli ana” (Alma mater) olmuşdur.

Sent-Endryus Universiteti Şotlandiyanın ən qocaman ali məktəblərindən hesab olunur. O, Mançester Universiteti ilə beşinci yeri bölüşür.

Sorğuda iştirak edən milyonçuların 2,7%-i isə Birminhem Universitetində oxuyub. Onun məşhur məzunları arasında “Manchester United” futbol klubunun icraçı direktoru və Futbol Assosiasiyasının Direktorlar Şurasının üzvü Devid Qilldir.

Картинки по запросу Дэвид Гилл

Bristol Universiteti (Bristol University) 2,3 %-lik milyonerlə fəxr edə bilər. Milyonçuların 2,3%-i – Edinburq universiteti (University of Edinburgh), 2%-i isə Birminhemdəki Aston Universitetinin (Aston University) payına düşür.

Dünyanın ultra varlı adamlarının və E-Bay, Google, Apple, Yahoo ve H-Packard kimi texnologiya nəhənglərinin uşaqlarını oxutduğu “Waldorf School of the Peninsula” məktəbini də yaddan çıxarmayaq.

Картинки по запросу Waldorf School of the Peninsula

Məktəbi maraqlı edən və varlıların rəğbət bəsləməsinə səbəb olan tək bir özəlliyi var. O da “köhnə üsulla təhsil”dir. Yəni, bu məktəbdə kompüter, noutbuk, ya da tablet kimi heç bir texnoloji alət yoxdur. Lövhə də müasir olanlardan deyil. Keçmiş, qara lövhə, təbaşir. Şagirdlər kağız-qələmdən istifadə edir və bununla da öz bacarıqlarını 100 faiz nümayiş etdirirlər.

Bundan başqa, hörgü və tikiş iynələri, bəzən də palçıqla bəzi məşğələlər edilir. Bununla da uşağın bütün əl bacarıqları inkişaf etdirilir. Bunun xaricində oyunların çox olduğu dərslər və hekayə danışma saatları da keçirilir.

Qısacası, bu məktəbdəki bir uşaq yemək hazırlamaqdan tutmuş, tikiş tikmək, bağçada çalışmaq, heykəl düzəltməyə qədər bir çox sahədə öz bacarıqlarını inkişaf etdirir. Texnologiya divləri hesab edirlər ki, köhnə üsuldakı bu təhsil uşağın əl bacarıığından zəka inkişafına qədər hər sahədə faydalıdır. Təsəvvür edin ki, dünyanın ən ağıllı telefonlarını istehsal edən adamlar öz uşaqlarını texnologiyadan uzaq tuturlar. Demək ki, onlar da uşaq üçün nəyin faydalı, nəyin zərərli olduğunu bilirlər.

Səbəb isə sadədir. Texnoloji bir cihaz uşaqların zəka tənbəlliyinə səbəb olur. Bütün gün telefonla, tabletlə, noutbukla işləyən uşaqlar radiasiyaya məruz qalırlar. Bundan başqa, onlar şişmanlığa da meylli olurlar. Düşünün ki, bütün gün hərəkət etmədən bu alətlərin əsirinə çevrilən uşaqdan nə gözləmək olar?

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın