Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dini lider Xameneyinin yeni ailə siyasəti qınanılır

Dini lider Xameneyinin yeni ailə siyasəti qınanılır

İranda farsdilli sosial media istifadəçiləri ali dini lider Ayatolla Əli Xameneyinin hökümət üçün hazırladığı “16 bəndlik” ailə siyasətini qınayıb.

İstifadəçilərin əksəriyyəti yeni siyasətə qarşı çıxıb, digərləri isə bu sənədi bəyənib.

“Bu siyasət cəmiyyətin ailəyə əsasən qurulması, ailənin (ailə institutunun) gücləndirilməsi və onun köklərinin İslama dayanması, ailənin inkişafın mərkəzinə çevirmək və uşaqları İslama əsasən böyütməyi əsas götürür”, rəsmi İRİN agentliyi bildirib.

Tənqid

“Məsumənin Divarı” adlı istifadəçi Facebook sosial şəbəkəsində bildirib: “Çalma hökuməti kütləvi cəhalətə əsaslanır. Savadlı qadın ağıllı uşaq yetişdirə bilər. Bu, Xameneyinin məqsədinə ziddir. O, cahil millət istəyir. Cəmiyyətin oyanışı sisteminin çökməsinə gətirib çıxara bilər. İranda rejimin tezliklə süqutunun cəsur qadınlar tərəfindən baş verəcəyinə ümid edirəm.”

“Ən azından, yaxşı ki, o, uşaq olmayanda liderdən yardım istəmək barədə göstəriş verməyib”, Hamidullah Habibullah adlı istifadəçi qeyd edib.

“Xəlifənin son sərəncamı”, @SMirzadegi tvitləyib.

@arashbeydokhti yazıb: “Mən öz ailəmi çox sevirəm və mənə elə gəlir ki, nikahın dini faydalardan daha çox üstünlükləri var. Liderin qeydləri barədə demək istəyirəm ki, heç nə güclə olmur.”

@-sarbaz-moallem qeyd edib: “16 ballıq təlimata ehtiyac yoxdur. Yalnız uşaqların gələcəyini təmin etmək lazımdır; O zaman sabah mən əkiz doğaram.”

“Ailə üçün yaxşılaşdırılması mühüm olmayan yeganə şey məhəbbətdir. Bizim acıqlı, ac və depressiv cəmiyyətimizdə sağlam cəmiyyət haqqında düşünmək çətindir”, @MahdiDetermined bildirib.

@smilingCrocodil tvitləyib: “Mən liderin 16 bəndlik təlimatlarının beşincisinə bir sətir əlavə etməyi arzu edirəm: qadınlara və onların ailələrinə idman oyunlarına baxmağa icazə verin”.

“Aydındır ki, Xameneyinin16 bəndlik göstərişi diqqəti Qalibafdan (Tehran meri Məhəmməd Baqerdən) yayındırmaq üçündür,” @RishQermezi Tehran bələdiyyəsi və şəhər şurasının dələduzluqda ittiham olunduğunu bildirib.

Doğum faizi “artacaq”

Said Azadi adlı istifadəçi isə Facebookda yazıb: “Onun qeydləri tam yerindədir. Gücümüzü artırmaq üçün əhalini artırmalıyıq.”

“İnsanlar bu sözü eşidəcək və ölkədə doğum faizi artacaq”, Hooman Haydari bildirib.

Təhlili BBC Monitorinq hazırlayıb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın