Şənbə , Avqust 17 2019
Ana səhifə / İqtisadiyyat / Diaspora rəhbəri Qırğızıstanın baş prokuroruna müraciət etdi

Diaspora rəhbəri Qırğızıstanın baş prokuroruna müraciət etdi

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Nüsrət Məmmədov Qırğızıstanın Baş Prokuroru xanım İndira Coldubayevaya müraciət edib. Müraciətdə Bişkek şəhər prokurorluğunun əməkdaşı Əzizağa Əliyev haqqında qanuni ölçü götürülməsi xahiş olunur. Müraciətdə qeyd edilir ki, Ə.Əliyev iki il öncə Azərbaycanın kütləvi informasiya vasitələrində onun barəsində həqiqətə uyğun olmayan məqalələr çap etdirib: “Hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli oldu ki, həmin yazılarda əksini tapmış məlumatların heç bir əsası yoxdur. İndi isə o, prokurorluq orqanlarında yeni vəzifəyə təyin olunub. Hesab edirəm ki, o, prokurorıuq orqanlarında tutduğu vəzifəsindən sui-istifadə edərək mənə qarşı qisasçılıq fəaliyyətini davam etdirə bilər. Düşünürəm ki, onun prokurorluq orqanlarında işə bərpa olunması haqqında verilən əmr qanunsuzdur. Prokurorluq haqqında qanuna əsasən prokurorluq orqanının əməkdaşları heç bir siyasi və ictimai təşkilatın üzvü ola bilməzlər. Ə.Əliyev də Bişkek şəhər prokurorluğunda istintaq bölməsinin rəisi təyin olunarkən ictimai fəaliyyətinə son qoymalı idi. Xahiş edirəm ki, Ə.Əliyevin prokurorluq orqanlarında vəzifəyə təyin olunması haqqında əmrin qanuniliyi yoxlanılaraq hüquqi qiymət verilsin”.
Xatırladaq ki, Ə.Əliyev eyni zamanda Qırğızıstan “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğızıstan Xalq Assambleyasının sədr müavini, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

Müraciət sayasat.kg saytında yerləşdirilib

Həmçinin oxuyun

Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH

Azərbaycanın turizm potensialı böyük olsa da, ölkəmiz bu sahədə region ölkələrindən geri qalır.  Hətta qonşu …

Bir cavab yazın