Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Diaspor rəhbəri Qırğızıstan vətəndaşlarına başsağlığı verdi

Diaspor rəhbəri Qırğızıstan vətəndaşlarına başsağlığı verdi

Rusiyanın Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda baş verən yanğında həlak olanların əksəriyyəti Qırğızıstan vətəndaşı olub. Məlumata görə, yanğın nəticəsində 20-yə yaxın insan həlak olub, onlarla şəxs isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Qırğızıstanda fəaliyyət göstərən Türkidilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov yanğın zamanı həlak olan Qırğızıstan vətəndaşlarının ailələrinə. onların yaxınlarına dərin hüznlə başsağlığı verib, həlak olanların yaxınlarının dərdinə şərik olduğunu ifadə edib.

Qeyd edək ki, yanğın baş verdiyi məkanın “Peçatnıy ekspress” mətbəəsinə məxsus olduğu bildirilib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın