Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / İqtisadiyyat / DGK “Sədərək” və “Binə”də əməliyyat keçirib – VİDEO

DGK “Sədərək” və “Binə”də əməliyyat keçirib – VİDEO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, idarə əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” və “Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb

Gürcüstanın 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ixracı 443,3 milyon dollar təşkil edib. Bu ilin göstəricisi …