Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Deputatlardan banklara çağırış: “Nağdlaşdırma faizsiz olsun”

Deputatlardan banklara çağırış: “Nağdlaşdırma faizsiz olsun”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları banklara çağırış edib. 

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin online iclası zamanı komitə üzvləri ölkədə fəaliyyət göstərən banklara çağırış edib. 

Millət vəkili Elnur Allahverdiyev bildirib ki, komitə üzvləri banklara pandemiya şəraitində təqaüdçülərə təqaüdlərin verilməsi ilə bağlı çağırış ünvanlayıblar:

“Təqaüdlərin verilməsi zamanıdır. Pandemiya şəraitində təqaüdçülərimizə dəstək olun. Yaşlı vətəndaşlarımızın təqaüdlərini almalarını asanlaşdırın. Təqaüdlərin ödənilməsi prosesinə bütün banklar qoşulsun və təqaüdçülər üçün nağdlaşdırma faizsiz olsun. Həmrəyliyimiz naminə bir-birimizə dəstək olaq”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …