Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İqtisadiyyat / Deputatın villasından qızıl divan çıxdı

Deputatın villasından qızıl divan çıxdı

Avromaydan fəalları Odessada Regionlar Partiyasından olan keçmiş xalq deputatı Sergey Kivalovun iqamətgahını ələ keçiriblər.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Avromaydan fəalları öz sosial şəbəkə səhifələrində paylaşıblar.

Qeyd edək ki, S.Kivalovun rəsmi iqamətgahı Beynəlxalq Humanitar Universitetin korpuslarından biridir. Xalq arasında ona “Harri Porterin qəsri” deyilir.

Fəallar iqamətgahın qapılarını sındıraraq binaya daxil olublar. Onlar orada Ukrayna bayraqlarını və Avromaydanın simvollarını, habelə qızıl divan və Kivalovun çoxsyalı portretlərini aşkarlayıblar.

Məlumata görə, bina daha sonra yerli xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb. Hazırda binaya heç kim buraxılmır.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …

Bir cavab yazın