Ana səhifə / İqtisadiyyat / Deputatın şirkəti “Azərişıq” ASC-ni məhkəməyə verdi

Deputatın şirkəti “Azərişıq” ASC-ni məhkəməyə verdi

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi “Azərişıq” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 45 min dollar olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16 oktyabr 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğlu olan “Kaspi-Yıldız”ın hüquqi ünvanı “Nizami rayon, Özbəkistan küçəsi, ev 24E”də yerləşir.
Onu da qeyd edək ki, ötən ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri – Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.
İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Hazırda “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 392 min 839 manat 35 qəpik vergi borcu var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha əvvəl “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb. Amma görünən odur ki, müəssisənin vergi borcu bu günə kimi ödənilməyib.
Bundan başqa, Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğluna (deputatın atası), Məmmədov Çingiz Nəriman oğluna (deputatın qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Həmçinin oxuyun

Anar Məmmədov Londondakı KFC şəbəkəsini alandan sonra restoranlar zərərlə işləməyə başlayıb

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən …