Ana səhifə / İqtisadiyyat / Deputatı zibil yeməyə məcbur etdilər – VİDEO, FOTOLAR

Deputatı zibil yeməyə məcbur etdilər – VİDEO, FOTOLAR

“Sağ sektor”un sayəsində “zibil lyustrasiyası” Ukraynada məşhurluq qazanıb

Ukraynada deputatı zibil yeməyə məcbur ediblər.
ANS PRESS-in məlumatına görə, “Sağ sektor” radikal hərəkatin fəalları Dneprodzerjınsk şəhər sovetinin deputatı İqor Lesniçevin ofisinə hücum edərək onu zibil yeməyə məcbur ediblər.
Sifətlərini maskalarla bağlayan fəallar deputatı zorla zibil çəninə soxublar. Burada onun üstünə su töküb zibil yeməyə məcbur ediblər.
Millətçilər bildirib ki, onların bu hərəkət etməsinə deputatın siyasi mövqeyi səbəb olub. Onların fikrincə İqor Lesniçev keçmiş xalq deputatı Oleq Çarev və digər siyasətçilərlə sıx əməkdaşlıq edərək Donetsk ərazisinin müqəddəratının özləri tərəfindən həll olunmasına çalışır.
“Sağ sektor”un sayəsində “zibil lyustrasiyası” Ukraynada məşhurluq qazanıb.
Sözün əsl mənasında arzu olunmayan siyasətçiləri zibil yeşiyinə atmaq onlar üçün ənənə olub. Bəzən döymələrlə müşayiət olunan divan zamanı millətçiləri məmurun yaşı və ya cinsi maraqlandırmır.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın