Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Deputat süni qiymət artıranlara qarşı çıxdı – “Vəziyyət pisləşib”

Deputat süni qiymət artıranlara qarşı çıxdı – “Vəziyyət pisləşib”

“Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır”

Bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmək haqqı artımı nəzərdə tutulub, qalan sahələrdə əmək haqqının artırılmasına baxılmayıb.

“Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəverən sahələrə, aztəminatlı ailələrə, o cümlədən büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var”.

Ə.Məsimli bildirib ki, infyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır.

“Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna da səbəb inhisarçılıqdır. İnfyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır”. (modern.az)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …