Ana səhifə / İqtisadiyyat / Deputat: “Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib”

Deputat: “Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib”

Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili qeyd edib ki, Milli Məclisdə keçirilən andiçmə mərasimində ölkə Prezidenti İlham Əliyev öz nitqində son 15 ildə ölkəmizin keçdiyi yolla bağlı bütün məsələlərə toxunub: “Azərbaycanda təhlükəsiz mühitin hökm sürməsi bu dövrdə xalq-iqtidar birliyinin mühüm nəticəsi olub. Eyni zamanda keçən dövr ərzində iqtisadiyyatın sürətli inkişafı, onun həcminin 3 dəfədən çox artması, Azərbaycanın sosial innovasiyalar sahəsində mühüm yenilik olan “ASAN xidmət” layihəsini həyata keçirməsi, ölkəmizin kosmik ölkələr klubuna daxil olması, əhalinin güzəranının bu dövrdə yaxşılaşması hökumətin və dövlət başçısı İlham Əliyevin fəaliyyətinin ən mühüm göstəricilərindən sadəcə bir neçəsidir”.

T.Mirkişili vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında aprel hadisələrinə toxunaraq Azərbaycan ordusunun hazırda regionda ən güclü ordu statusuna sahib olduğunu və aprel hadisələri zamanı bunun bütün dünyaya sübut olunduğunu bildirdi: “Prezident bildirdi ki, işğal altında olan torpaqlarımızın azad olunması bundan sonra da əsas vəzifəmiz olacaq. Torpaqları işğaldan azad etdikcə dağıdılmış abidələrimizi yenidən ucaldacağımızı dövlət başçısı xüsusi qeyd etdi”.

Deputat xatırladıb ki, növbəti illərdə də iqtisadiyyatın inkişafı, iqtisadi və idarəetmə islahatlarının daha da sürətlənəcəyini qeyd edən dövlət başçısı innovativ və dayanıqlı iqtisadiyyatın formalaşacağına nail olunacağını bildirib: “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının olduğunu qeyd edən Prezident İlham Əliyev bundan sonra da atılacaq bütün addımların əhalinin sosial rifahını daha da yaxşılaşdıracağını, vətəndaşların təhülkəsiz və tərəqqi halında yaşaması üçün bütün işlərin görüləcəyini bəyan etdi”.

T.Mirkişili deyib ki, ölkəmizin müstəqilliyinin bizim hamımız üçün böyük nemət, böyük sərvət və böyük xoşbəxtlik olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyini bəyan etdi: “Azərbaycanda uzun illərdir sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Prezidentin özünün də qeyd etdiyi kimi, hər zaman xalqın bu dəstəyini hiss edir. Bu birliyə müdaxilə etmək istəyən bəzi qruplar hər zaman xalqdan sərt cavablarını alırlar. Əslində siyasi mübarizənin əsas nəticəsi seçkilərdir ki, keçən 15 il ərzində Azərbaycan xalqı daim Prezident İlham Əliyevin yanında olub. Buna görə xaricdə və daxildə bəzi qrupların göstərdikləri səylər əbəsdir. Azərbaycanın öz inkişaf yolu var, dövlət başçısı xalqın dəstəyi ilə və xalqla birlikdə həmişə olduğu kimi, növbəti 7 ildə də ölkəmizin inkişaf hədəflərinə doğru irəliləyəcək”.

Qeyd edək ki, aprelin 18-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Ölkə başçısı mərasimdə nitq söyləyib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …