Ana səhifə / İqtisadiyyat / Deputat müdafiə nazirindən soruşdu: “Arvadının o qədər sərvəti haradandır?”

Deputat müdafiə nazirindən soruşdu: “Arvadının o qədər sərvəti haradandır?”

Ermənistan parlamentində ötən gün Qarabağda bundan sonra həlak olacaq və yaralanacaq erməni hərbi qulluqçularına görə sanballı kompensasiyaların verilməsini, bunun üçün hər işləyən vətəndaşdan ayda 1000 dram (2 dollara yaxın) pul tutulmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşdan keçib.

Virtualaz.org xəbər verir ki, Ermənistan müxalifətinin və vətəndaş cəmiyyətinin kəskin etirazlarına səbəb olan, “dilənçilik” adlandırılan bu qanun layihəsinin müzakirəsi zamanı müxalif “İrs” fraksiyasının rəhbəri Zarui Postancyan müdafiə naziri Vigen Sərkisyanın arvadının sanballı sərvətə malik olması haqda danışıb. Və ondan bu sərvətin mənbəyi haqda soruşub.

Müdafiə naziri, bundan əvvəl prezident Serj Sərkisyanın administrasiyasına rəhbərlik etmiş Vigen Sərkisyan isə deyib ki, bu suala cavab vermək üçün gərək söyüş söyə. “Mən burada bir çıxışa əhəmiyyət verməyəcəyəm, bu da Zarui Postancyanın çıxışıdır. Çünki bildiyim erməni dilində bu çıxışa doğru cavab vermək üçün gərək söyüş işlədəm. Tərbiyəm isə söyüş söyməyə yol vermir”-müdafiə naziri bildirib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın