Şənbə , Avqust 20 2022
Ana səhifə / İqtisadiyyat / Daxili turizmin bitməyən problemləri – müştəri çox, qiymət baha, xidmət aşağı…

Daxili turizmin bitməyən problemləri – müştəri çox, qiymət baha, xidmət aşağı…

Bu günlərdə elektron siqaretlərlə bağlı yeni bir statistika açıqlanıb. Məlum olub ki, son məlumatlara əsasən ABŞ-da elektron siqaretdən ölənlərin sayı 18 nəfərə çatıb. 1080 şəxsdə isə nəfəs-boru xəstəlikləri aşkar edilib. Əslində bu problem Azərbaycana da xasdır. Çünki son illər ölkədə klassik siqaretdən imtina edənlərin böyük əksəriyyəti çıxış yolu kimi elektron siqaretlərə müraciət edir. Bu isə özlüyündə yağışdan çıxıb, yağmura düşmək anlamına gəlir. Çünki elektron siqaretlərin insan orqanizminə vurduğu ziyan saymaqla bitməz.

“Yeni Müsavat” xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərin Nəzarət və Profilaktikası Mərkəzi (Centers for Disease Control and Prevention) (CDC) tərəfindən bildirilib. Müvafiq hesabat mərkəzin saytında yerləşdirilib.

Rəsmi rəqəmlərə əsasən, ölüm hadisələri ABŞ-ın 15 ştatında qeydə alınıb. Xəstəliklərin nəzarət və profilaktikası mərkəzinin ekspertlərinin təsbitlərinə görə xəstəliyə mübtəla olanların 70%-i kişilərdir. Özü də onların 80%-i yaşı 35-dən az olan vətəşdaşlardır. 16 %-i 18 yaşına çatmayanlar, 21 % isə 18-21 yaşlı şəxslər təşkil edir.

Son aylarda ABŞ-da “veyp”lərin, yəni elektron siqaretlərin insan sağlamlığına zərərli təsiri məsələsi ciddi şəkildə müzakirə olunmaqdadır.

CDC mütəxəssisləri xəstələrdə hər hansı infeksiya törədicilərinə rast gəlmədiklərini bildiriblər. Beləliklə, əsas problem elektron siqaretlərin kimyəvi tərkibi ilə əlaqədardır. Bütün xəstələr bu siqaretdən, sadəcə, 90 gün istifadə ediblər. Bundan sonra onların vəziyyəti kəskin şəkildə pisləşib.

Sentyabr ayının 4-də Miçiqan ətirli elektron siqaretlərinin satışına qadağa qoyan ilk ştat kimi tarixə düşüb. Ştat qubernatoru Qrethen Uitmer həmin alətlərin istehsalçılarının uşaqları ətirlərdən istifadə edərək və onlara bunların heç bir zərər törətmədiyini reklam edərək aldatdıqlarını bildirib.

Insider

Səhiyyə və sosial xidmətlər naziri Aleks Azar isə Birləmiş Ştatların elektron siqaretlərin satışının əhəmiyyətli dərəcədə azaldılmasına çalışdığını vurğulayıb.

Bu ilin avqustunda İllinoys ştatının İctimai Səhiyyə Departamenti elektron siqaretdən ölən ilk xəstəni qeydə alıb.

ABŞ-ın qidaların keyfiyyətinə sanitar nəzarət üzrə agentliyinin rəhbəri Skott Qotlib istehsalçıları ölüm hallarının artması halında tam qadağa gətiriləcəyi ilə hədələyib.

Onun sözlərinə görə, məktəblilər arasında, yuxarı siniflərdə “veyper”lərin sayı 78 %, 5-8-ci sinif şagirdləri arasında isə 48 % artıb. Hazırda ABŞ-da 1,5 milyon yeniyetmə gənc qız və oğlanın həmin elektron siqaretlərin alüdəçisinə çevrildiyi güman olunur.

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ-da azı 22 nəfər elektron siqaret çəkdikdən sonra xəstəxanaya yerləşdirilib. Onların xəstəxanaya yerləşdirilməsinə səbəb tənəffüslərində ciddi problemlərin yaranması olub. Bildirlir ki, 12 nəfər Viskonsində, 4 nəfər Minnesotada, 6 nəfər isə İllinoysda xəstəxanaya yerləşdirilb. Onlardan əksəriyyəti cavan insanlar və yeniyetmələrdir.

Araşdırmalara əsasən, bir çox hallarda siqareti tərgitmək istəyənlər çıxış yolu kimi elektron siqaret versiyasına üstünlük versələr də, bu, uğurlu deyil. “Action on Smoking and Health”in araşdırmaçısı Amanda Sandford deyir, e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var: “İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan, sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır”.

Siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var. Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir.

Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?

Bundan başqa, e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır. Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlı.

Ətirli elektron siqaretlərin satışı qadağan olunur - Türkiye'nin haber  kaynağı

Bunun sayəsində heç kim siqaret atmır

“Nikotin çox güclü preparatdır və asılılığı yüksəkdir”. Corc Vaşinqton Universitetindən doktor Kimberli Hornun dediyinə görə, yeniyetmələr tütünün yalnız bir deyil, başqa növlərindən də istifadə edir ki, bu siqaret də ola bilər, tütün də ola bilər, kiçik ölçülü siqaretlər də ola bilər. Yeniyetmələr arasında elektron siqaretlər də çəkənlər var və həmin siqaretlərdə də nikotin var.

“Nə qədər çox siqaret çəkirsənsə, o qədər çox asılı olursan və atmaq da çox çətin olur.” deyə, doktor Horn bildirir. Belə texnikalar heç kəsə siqareti atmağa yardım etməyib. Bəziləri e-siqaretdən (elektron siqaret) yardım kimi istifadə edir. Sisi adlı qadın elektron siqaretin ona siqareti atmağa yardım edəcəyinə ümid edir. “Uzun illər siqaret çəkdikdən sonra, mənim artıq tüstü iyindən xoşum gəlmir. Siqaret kötüklərinin yaratdığı natəmizliyə də baxa bilmirəm. Ağzımdakı dad da xoşuma gəlmir. Mən siqaret iyimlə digərlərini narahat etmək istəmirəm.”

Tədqiqatların nəticələri göstərib ki, elektron təchizatlar hamıya deyil, yalnız az sayda insana kömək edir. Saqqız və plastırlar da nikotinə tələbin azalmasına yardım edir. Massaçutses xəstəxanasından doktor Nensi Riqotti digər alimlərlə birlikdə siqaret çəkənlərə yardım üçün sadə bir proqram hazırlayıb. Xəstəxanada qaldıqdan sonra onlar evə artıq nikotindən azad qayıdır. Xəstəxanadan çıxandan sonra da onlara nikotin plastırları və dərmanlar verilir, nikotinlə bağlı təbliğat davam etdirilir. “Biz dərmanların da məsləhətlərin də yardım etdiyini bilirik. Lakin bunların ikisi birlikdə daha effektiv olur”.

Bu qayda ilə müalicə edilən xəstələrin 70 faizi xəstəxanadan çıxdıqdan sonra 6 ay siqaret çəkməyib. 1964-cü ildən bəri Birləşmiş Ştatlar hökuməti və özəl təşkilatlar siqaretə qarşı kampaniyalar təşkil edir. Yel Universitetinin İctimai-Səhiyyə bölməsinin araşdırmalarının nəticələrinə görə, o vaxtdan bəri siqareti atanların 30 faizinin ömrü daha uzun olub.

Siqaret asılılığından qurtulmaq istəyənlər elektron siqaret “sayəsində” təkrar siqaret aludəçisinə çevrilir. Marketlərdə, köşklərdə satılır, televiziyada reklam edilir… Biz nə qədər çalışsaq da, siqaret istehsalının, onun reklamının qarşısını ala bilmərik. Bu da narkoticarət kimi bir şeydir. Biz yalnız təbliğat işimizi gücləndirməliyik. Yeniyetmələrə, gənclərə başa salmalıyıq ki, siqaret bir bəladır. Narkotik kimi. İşbazlar öz mənfəətləri üçün ziyanlı olanı da tərifləyirlər, cəlbedici reklamlarla insanları aldadırlar. Paytaxtda neçə yerdə “çayxana+qəlyan” reklamı var.

Həmçinin oxuyun

Çörəyin qiymətində artım gözlənilir

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında …