Ana səhifə / İqtisadiyyat / Davutoğlu: “Rusiya Suriyada etnik təmizləmə aparır”

Davutoğlu: “Rusiya Suriyada etnik təmizləmə aparır”

Türkiyənin Baş Naziri Ahmet Davutoğlu Rusiyanı Suriyada etnik təmizləmə aparmaqda günahlandırıb.

O, Rusiyanın Suriyada hərəkətlərinin, özünü İslam Dövləti (İD) adlandıran qrupun möhkəmlənməsinə kömək etdiyini deyib.

“Rusiya Latakiyada etnik təmizləmə aparmağa, Suroya rejimi ilə yaxşı əlaqələri olmayan Türkmən və Sünni əhalini oradan çıxarmağa çalışır”, Davutoğlu deyib.

O bildirib ki, Rusiyanın Suriyada müxlaifət qüvvələrini hədəflələyən hava hücumları İD silahlılarının mövqelərini gücləndirir.

Suriyada Bəşər Əsədə müxalif qüvvələr həm də İD ilə vuruşur.

Bu arada, Rusiya Müdafiə Nazirliyi Aralıq Dənizindəki donanmadan istifadə edərək İD-nin Suriyadakı mövqelərinə raket hücumunun görüntülərini yayıb.

Rusiya ilə Türkiyə arasında münasibətlər, Türkiyə öz sərhəddini pozduğunu dediyi Rusiya təyyarəsini vurduqdan sonra pisləşib.

Prezident Vladimir Putin bu hadisəni dost ölkənin “arxadan vurduğu zərbə” adlandırıb.

Noyabrda Türkiyə Rusiyanı Suriyada yaşayan türkmənləri hədəfləməkdə ittiham edib və Rusiyaya bununla bağlı xəbərdarlıq göndərib.

Türkmənlər Suriya, İraq və İranda 11-ci əsrdən məskunlaşmış türkdilli xalqdır, onlar Suriyanın Türkiyə ilə həmsərhəd Latakiya əyalətinin Türkmən dağları deyilən hissəsində, habelə Hələb, İdlib, Homs, Tartus və Dəməşq regionlarında kompakt şəkildə yaşayırlar, ərəb mənbələri deyir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın