Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Davudoğlunun evi qarşısında terrorçu güllələndi

Davudoğlunun evi qarşısında terrorçu güllələndi

Türkiyə polisi Türkiyənin baş naziri Əhməd Davudoğlunun İstanbulda yerləşən iqamətgahı qarşısında terrorçu-kamikadze olduğu güman edilən şəxsə atəş açıb və şübhəlini yaralayıb.

İnsident ötən gün gecə saatlarında baş verib.

Polis Dolmabaxça sarayına keçmək istəyən iki arxa çantalı şübhəli kişini dayandırmağa cəhd göstərib. Onun çantalarından sallanan naqillər polis əməkdaşlarında şübhə yaradıb. Sözügedən şəxs polisin tələbinə tabe olmadıqdan sonra isə güman edilən terrorçuya atəş açılıb. Kişi ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun üzərində olan iki arxa çantası hadisə yerində mütəxəssislər tərəfindən partladılıb. Daha sonra hadisə baş verən ərazi mühasirəyə alınıb.

Çantalarda partlayıcı qurğunun olub-olmadığı barədə məlumat verilmir.(report)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın