Ana səhifə / İqtisadiyyat / Davudoğlu: “Türkiyə YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər”

Davudoğlu: “Türkiyə YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər”

Türkiyə Silahlı Qüvvələri, lazım gələrsə, YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
 
“Biz, lazım gələrsə, İraq və Qəndildə atdığımız addımları Suriyada da təkrarlaya bilər”, deyə Davudoğlu Türkiyə Hərbi-Hava Qüvvələrinin ötən il PKK silahlılarının İraqın şimalındakı mövqelərinə qarşı keçirdiyi əməliyyatı nəzərdə tutaraq bildirib.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın